ABŞ “İslam dövləti”nə (İŞİD) qarşı beynəlxalq koalisiyanın yaradılması planı üzərində işləyir.
Bunu ABŞ Dövlət departamentinin sözçüsü Cen Psaki keçirdiyi günlük brifinq zamanı deyib.
Vaşinqton koalisiyanı Avropa ölkələri, ərəb dünyası və “İslam dövləti”nə qarşı mübarizəyə qoşulmağa hazır olan ölkələrlə birlikdə yaradacaq.
“Həm humanitar, həm hərbi, həm də diplomatik sahədə səylər göstərmək lazımdır. Bu səylər yalnız təkcə ABŞ-dan yox, digər ölkələrdən də gəlməlidir. Artıq bu istiqamətdə Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrdən dəstək almışıq”, – deyə C.Psaki əlavə edib.