Moskvadakı nəhəng sərgi mərkəzi İlham Rəhimovun şirkətlər qrupunun ixtiyarına keçdi
Rusiyanın baş naziri Vladimir Putin ölkəsindəki ən nəhəng mərkəzlərindən birini – “Ümumrusiya Sərgi Mərkəzi”ni özünün yaxın dostu, azərbaycanlı iş adamı, professor İlham
Rəhimova məxsus şirkətlər qrupuna verib.
“Azadlıq”a sızan məlumata görə, İ.Rəhimov bura 3 milyard dollara yaxın investiya yatıracaq. Mərkəzdə böyük yenidənqurma işləri aparılacaq. İri ticarət, sərgi və əyləncə mərkəzləri fəaliyyət götərəcək.
Mərkəz İ.Rəhimovun şirkətinə 99 illik icarəyə verilib.
ÜSM-nin direktorlar şurasının sədri baş nazirin müavini İqor Şuvalovdu. Layihənin kuratorunun məhz o olacağı bildirilir.
Təbii ki, layihənin əsas ideya müəllifi baş nazir Putindir.
Ümumrusiya Sərgi Mərkəzi
Onu da qeyd edək ki, “Ümumrusiya Sərgi Mərkəzi” bir vaxtlar Moskvada “Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” adıyla məşhur olub. SSRİ vaxtında bu mərkəzdə hər resbublikaya məxsus ayrıca bölmə olub.
1992-ci ildə isə “Ümumrusiya Sərgi Mərkəzi” Dövlət Qapalı Səhmdar Cəmiyyəti kimi qeydiyyatdan keçib. ÜSM MDB və Bltikyanı ölkələr sərgi və yarmarkalar ittifaqının və Beynəlxalq Yarmarkalar İttifaqının üzvüdür. Hazırda Rusiyanın ən nəhəng sərgi-yarmarka məkrəzi sayılır.
Sərgi Mərkəzində nəhəng ofis və ticarət mərkəzləri yerləşir. Ərazisi 2,375 min kv. metrdir. Onun 140 min kvadıratı sərgilər, 48,2 min kvadratı daimi yarmarkalar, 23,5 min kvadratı isə kənd təsərrüfatı yarmarkaları üçündür.
İnformasiya şöbəsi