Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
“Karantin” adlanan bu kasıb əşyalı zalda adamlar da vardı. Amma sadəcə, 2 nəfər. Onlardan birinin bütün bədəni döymə şəkillərlə – tatuirovkalarla bəzədilmişdi. Bu rəsmlərin arasında ilandan-əjdahadan, şirdən-pələngdən tutmuş, silah-sursata qədər hər şey vardı. Hündür boylu, tam qladiator siqlətli, əzəmətli cüssəli adam idi. O biri isə sanki onun tam tərsi idi – arıq, sısqa, balacaboy, üz-gözündən zəhmətkeşlik yaşan birisi. Burada bu iki ziddiyyətdən başqa kimsə yox idi. Biz tamam-kamal yerləşəndən sonra biri də gəldi: bu, xüsusi əlamətləri ilə fərqlənməyən, standart ölçülü bir gənc idi. Dərhal sonra bəlli oldu ki, bu adam karantində təmizlik işinə baxan “sanitardır”, belələrinə “üzdəniraq” da deyirlər; amma daha çox üç hərfli qəliz bir ifadə ilə adlandırırlar ki, mən bunu oxucuların zövqünü korlamamaq üçün yazmıram.
Hündürboy, zəhmi-zabitəsi yerində olan, vücudundan əzələ yaşan Vahid adlı dustaq karantinin komendantı idi və “mast” etibarilə “kazyol”lardan sayılırdı. Onun tam tərsi, balacaboy sısqa adamın adı Şikar idi. Şikarın “mujik” olduğunu demək olar. Bəs, niyə açıq zonda yox, burada qalırdı? Çünki o, zonda tələb olunan bütün çilingərlik işlərini görürdü – həm də tək.
Onların hər ikisi lənkəranlı idi.
O birisi isə elə “o birisi” idi və sizin onunla yaxından tanış olmaşınız məsləhət deyil. “Zon”da belələrinə yaxın durmaq olmaz!
Yeni “etap” karantinə təhvil verilən kimi Vahid əl-ayaşa düşdü. Hamının işinə yaramaşa, ayrı-ayrı əşyalara və qaydalara yanaşma tərzini başa salmaşa çılışırdı. Amma təmənnalı olduğu sezilirdi. Az keçmiş “Kimdə siqaret var?”, “Yeməkləri soyuducuya qoyun!”, “Burada stolun üstündə qənd-çay var”, “Qapıdan bayıra çıxmaq olmaz!”, “Yataq tərəfə keçmək barədə düşünməyin!”, “Çantalarınızı ora qoymayın!” kimi lakonik və əsəbi göstərişlər səsləndirməyə başladı. Aramızda əvvəllər də həbsdə olmuş bir neçə nəfər vardı. Onlar uşaqlara ümumi məlumatlar verdikdən sonra qumar oynamaşa başladılar. Qumar siqaretdən oynanılırdı, həm də Vahiddən xəlvət…
Vahid isə o biri küncdə bir neçə nəfərlə xosunlaşıb qurtarandan sonra açıq şəkildə elan etdi:
– Kim “zon”a daha tez çıxmaq istəyirsə, gedib danışa bilərəm: 40 manatdır.
Uşaqlardan bir-ikisi həmin topaya yaxınlaşdı. Mən də onlara yaxınlaşıb oturdum. Vahidin gözü məni almışdı. Nəyə görəsə fərqləndirirdi. Ola bilsin, saqqal və eynək öz işini görürdü. Aşzını açan kimi bu da “müəllim” dedi:
– Istəyirsiz, gedim danışım.
– Get danış – dedim – əlli manata da razıyam.
Vahid açarları əlində cingildədib çıxdı. Qapını çöldən başlayıb itdi. O, itəndən sonra “Voronok”da məni qiyabi tanıyan gənc – onun adı Ramin olduğuna görə bundan sonra belə adlandıracaşam – üzünü mənə tutub dedi:
– Baha danışdın. Qayıdıb 60-70 manat oxuyacaq.
– Cəhənnəmə ki! Bura çox darısqaldır. Genişlik lazımdır, həm də birdəfəlik yerləşəcəyim yerə getmək istəyirəm.
Yarım saat sonra Vahid gəldi. Əhvalı pərişan idi. Üz-gözündən zəhrimar və əlacsızlıq yaşırdı:
– Müəllim, sən kimsən?
– O nə söhbətdir? Dustaşam da.
– Dustaq olduğunu görürəm. Amma sənin ad-familiyanı eşidən kimi mənə itin sözünü dedilər, bir-ikisini də ilişdirdilər.
– Başa düşmədim. Sən onlara dedin ki, mən “zon”u almaq istəyirəm, yoxsa “zon”a çıxmaq istəyirəm?
Vahid əlini yellədi. Stolun üstündəki nəhəng plastk qabdan stəkana su süzəndə Ramin mənə göz vurdu, astadan: “Bu axmaşı çırpıblar ki, sən jurnalistə burada rüşvətlə iş aşırmaşın mümkünlüyünü göstərmisən”.
Məni gülmək tutdu. Vahid qanlı-qanlı mənə baxdı:
– Müəllim, mənim nə günahım var? Mən sənə yaxşılıq eləmək istəyirdim…
Bir qədər əvvəl balacaboy və arıq dediyim Şikar gəldi. O, dərhal yaxınlaşıb kəmali-ədəblə görüşdü: “Başışlayın, əvvəlcə tanımadım. Mən qəzet oxuyan adamam, xəbərlərə-filana da hər gün qulaq asıram. Açışı, sizin buraya gətiriləcəyinizdən xəbər tutmamışam”.
Sonra Şikar mənə təskinlik verməyə başladı ki, narahat olmaşa əsas yoxdur, sizi burada yəqin çox saxlamazlar, bir-iki günə zona çıxararlar, amma heç orada da vəziyyət yaxşı deyil, buradakı kimi yarımqapalı bir yerdir…
Axşamüstü məni Idarəyə çaşırdılar (Burada “Idarə” yazmaq da mənə qəribə gəlir, çünki həbsxanada bu binaya hamı birmənalı şəkildə “Upravleniya” deyir). Idarədə məni rəisin qəbul edəcəyini dedilər. Bu, xüsusi statusun inzibati şəkildə təsdiqi demək idi və rəisin də məni hansı söhbətlər üçün çaşırdığını təxmin etmək olardı. Amma rəislə söhbətimizin alındığını günan edirəm. Bizim “zon”un rəisi Dəmiryol Idarəsinin rəisi Arif Əsgərovun qardaşı imiş. Mayor Eyvaz Əsgərov orta boylu, 35 yaşın səhifəsini çevirmiş adamdır. Bayaq qeyd etdiyim ki, kökəlməyə yenicə başlayırdı. Öz üzərində nəzarəti bir qədər də yaddan çıxarsa, köklük onu əməlli-bağlı yaxalayacaq. Bu boyda adamların kökələndə o qədər də yaxşı görünmədiyi bəllidir. Amma Eyvaz Əsgərov, təbii ki, mənim kökəlmək və ya arıqlamaq kimi mülahizələrimi vecinə almadan müqəddiməsiz başladı:
– Mən sizinlə bağlı problemlərin yaranmasını istəmirəm. Biz tərəfdən sizə qarşı xüsusi bir düşmənçiliyin olduğunu görməyəcəksiniz. Amma siz tərəfdən də hər hansı problemin olmasını istəmirəm.
Mən də müqəddiməsiz söhbətə hazır idim. Belə daha yaxşı idi:
– Rəis, sizinlə və ya sizin idarənizin əməkdaşları ilə hər hansı problem yarada biləcəyimi düşünmürəm. Mən problem arzulamıram. Burada 3 il 6 ay vaxt keçirəcəyəm və istər bu müddət ərzində, istərsə də ondan sonra bir həbsxananın rəhbərliyilə hər hansı ziddiyyətimin ola biləcəyini güman etmirəm. Mən daha iri çaplı problemlərlə məşğul olduğuma görə həbs edilmişəm və mübarizə hədəflərimi də nə dəyişmək, nə də məhdudlaşdırmaq fikrindəyəm.
– Sizin ittiham edildiyiniz konkret maddələr var və biz sizi bu cinayətdə günahlandırılaraq həbs edilmiş adam kimi qəbul edirik. Başqa mülahizələr bizi maraqlandırmır.
– Təbii, onu da nəzərə alıram ki, indiki hökumətin məmurları sırasında mənim siyasi səbəblərə görə qurama ittihamlarla həbs edildiyimi etiraf edəcək kimlərinsə tapılacaşı çətindir və açışı, buna ehtiyacım da yoxdur. Amma mən burada dustaşam, özümü başqa dustaqlardan fərqləndirmək və xüsusi imtiyazlar tələb etmək kimi düşüncəm yoxdur…
Rəislə birinci söhbət, təxminən, bu məzmunda və bu axarda oldu. Onunla ikinci dəfə səhəri gün danışdım və həmin söhbətdə də karantində bu qədər – 2 həftə qalmaşın mənasını başa düşmədiyimi dedim (Bayılda karantində uzun müddət qalmaşın hansısa məntiqi əsaslandırması var. Orada karantin həm əməliyyat, həm də müşahidə və müayinə məlumatlarının toplanması müddətidir. Adamın keçici xəstəlliyi ola bilər – qanın tərkibi müəyyən edilməlidir; bədənindəki tatuirovkalar belə, qeydə alınmalıdır; hansısa başqa cinayətlərdə adı keçə bilər; davranışlarında həbsxana qaydaları ilə xüsusi uyşunsuzluq elementləri tapılar və s. Burada isə bütün bunları təkrar müşahidə etməyin heç bir mənası yoxdur). Rəis, “narahat olmayın, siz orada çox qalmayacaqsınız”, – dedi…
ardı var