Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bir sıra komandalar artıq IV turda qrupdan çıxmaqlarını rəsmiləşdirə bilərlər. Bu, ilk növbədə turnirin aşkar liderləri olan “Barselona” ilə “Milan”a aiddir.
D qrupunun şərikli liderləri evdə asanlıqla qalib gəldikləri “Viktoriya” ilə BATE-ni səfərdə də yenərsə, buna nail olacaqlar. “Arsenal”, “Çelsi”, “Real”, “Bavariya”, “Benfika” belə imkana malikdir.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Trabzonspor” qrup mərhələsində səfərdə “İnter” üzərində qələbə ilə başlasa da, sonradan 2 turdur qalib gələ bilmir. Nəticədə liderliyi elə italyanlara təhvil verən Trabzon klubu 3-cü pilləyə enib. İndi Şenol Günəşin çalışdırdığı komanda evdə ilk qələbəsini qazanmaqla, həm MOİK-dən səfərdəki böyük hesablı məğlubiyyətin əvəzini çıxmalı, həm də növbəti mərhələyə çıxmaq şansını saxlamalıdır.
Əks təqdirdə “Trabzonspor” şəxsi oyunlara görə MOİK-dən geri qalaraq, 1/8 finala çıxmaq işini çətinləşdirəcək.