İtaliyada futbol üçün çox qeyri-adi olan hadisə baş verib. 14 yaşlılardan ibarət komandaların qarşılaşmalarından birində ev sahibi rəqibini 31-0 hesabı ilə məğlub edib. Bundan da qəribəsi odur ki, oyunun 20 yaşlı hakimi 90 dəqiqənin tamamlanmasını gözləmədən, hesab 31-0 olanda qarşılaşmanı dayandırıb.
İtaliyanın Hakimlər Birliyi hakimin yeniyetmə futbolçuları qorumaq üçün belə qərar verdiyini anladıqlarını bildirib. Lakin qaydalara əməl edərək, hakim barəsində cəza qərarı da çıxarıb. Təşkilatdan deyilib ki, bu qərara cəza yox, gənc hakimə gələcək karyerası üçün xəbərdarlıq kimi baxırlar.