Indiki hakimiyyətin özülü separatizm yoluyla qoyulub. Separatizmin başında Kreml Siyasi Bürosundan uzaqlaşdırılandan sonra gəlib Naxçıvanda oturan keçmiş KQB generalı Heydər Əliyev dururdu. Bakıda hakimiyyət başında duranların kiminin kəsərsizliyi, kiminin agenturaya gizli bağlılığı üzündən H.Əliyev Naxçıvanı ayrıca dövlətə çevirmişdi. Bakıda hakimiyyətə yiyələnmək planlarına uyğun olaraq o, Naxçıvanla yetərlənib qalmır, özünün ölkə boyu agentura setini işə salmaqla kommunist tör-töküntülərini, partiya-nomenklatura yığınını bir bayraq – YAP bayrağı altında birləşdirmişdi.
“Separatizm ayrılmağa, ayrıca hərəkətlər, çıxışlar etməyə (deyək, çoxmillətli ölkədə azlıqda qalan xalqların ayrılıb ayrıca dövlət, muxtar qurum yaratması). Kütləvi milli azadlıq hərəkatından seçilən separatizm yerli (milli) burjuaziyanın, yaxud dış burjuaziyanın maraqlarına qulluq edir”. Bu, separatizmin qısaca anlatmasıdır. H.Əliyev separatizmində bunların hər ikisi vardı. Bu gün Ə.Hümbətovun adı ilə tanınan bəlli separatizmin başında H.Əliyev dururdu. O separatizm H.Əliyev hakimiyyətə gələnədək sürəcəkdi. Azərbaycan ordusu Dağlıq Qqarabağda çox uğurlu savaş apardığı bir dönəmdə, bu işin son faza dönəmində, H.Əliyev Naxçıvanda ermənilərlə “atəşkəs” yaratmaqla ölkəmizə, xalqımıza, dövlətimizə arxadan ÖLDÜRÜCÜ ZƏRBƏ vurdu. Yalnız bundan sonra ermənilər bütün ordu güclərini bütünlüklə itirməkdə olduqları Qarabağa yönəldə bildilər. H.Əliyevin qohumu olduğu söylənən S.Dəmirəllə separat danışıqları da Azərbaycanı, AXC hakimiyyətini Türkiyə sarıdan arxasız-yardımsız qoydu. Bundan başqa, o çağkı Iran prezidenti, antitürk baxışları, eləcə də Azərbaycanın suverenliyinin düşməni olaraq tanınan Rəfsəncani ilə, dünyanın ayrı-ayrı yaxın-uzaq imperialist gücləri ilə separat danışıqları – hakimiyyətə gətirilməsinə ödünc olaraq bu güclər qarşısında götürdüyü öhdəliklər bir yandan onun QANLI QIYAM YOLUYLA hakimiyyətə yiyələnməyinə, o biri yandan da bizim Qarabağı çevrə bölgələri ilə birgə itirməyimizə, Neftimizin ÖHDƏLIK SUBYEKTLƏRI arasında pay-püşk edilməyinə gətirib çıxardı.
Ölkədə əliyevçi KORRUPSIONER hakimiyyət qurulması ucbatından Əliyevlərin “uğurlu neft-qaz strategiyası” Azərbaycan üçün MILLI UĞURSUZLUQ STRATEGIYASINA çevrildi! Qısaca desək, Əliyevlər neft-qaz resursları ilə zəngin, üstəlik, geopolitik baxımdan imperialist güclər üçün çəkici Azərbaycanı Qarabağla birgə SEPARATIZM axarında böyük alver OBYEKTINƏ çevirdilər. H.Əliyevin Qarabağ problemini BMT-dən ATƏT adlı sürünən, etkisiz-effektsiz bir quruma keçirməsi də imperialist güclər qarşısında götürülüb yerinə yetirilən ÖHDƏLIK detallarından sayılmalıdır. Savaşda sınaqdan çıxmış 33 cəbhə taborunun buraxılması, cürbəcür yalançı, qondarma çevrilişlər adı altında “OMON”-çulara qanlı divan tutulması, Şahmərdan Cəfərov kimi döyüşkən komandirlərin, Vahid Musayev kimi artilleriya generalının, bu sıradan bir çox gərəkli oğulların – PASSIONAR MILLI GÜCLƏRIN aradan götürülməyi: bütün bunlar bugünkü Ulusal Qutu – Milli Ruhu ÖLDÜRÜLƏN Azərbaycanı yaratmaq üçün atılan addımlar, görülən işlər idi! Bütün bu ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlərin sonucu olaraq bircə 2009-cu ilin 9 ayı içində Azərbaycanda 311 adam özünü öldürüb – yoxsulluqdan, dolanışıq dözülməzliyindən, yarınkı günə inamsızlıqdan. Özünü öldürənlərin çoxu gənclərdir. Bütün bunlar Əliyevlər sayağı GENOSID faktlarıdır!
Naxçıvanda özülü qoyulan “atəşkəs” rejimi 1993 çevrilişindən sonra, “Bişkək protokolu” ilə, bütün Azərbaycan üçün normaya çevrildi. “Atəşkəs” dönəmində ermənilər 10 mindən artıq yurddaşımızı öldürüblər. Korrupsiya ordusu yaratmış I.Əliyev ordumuzun “Ermənistan boyda” büdcəsindən danışmaqdan doymur…