«Fövqəlnazir» də Ilham Əliyev kimi «Qulfstream»də uçmağa başlayıb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyaca məşhur “Qulfstream” markalı təyyarə alıb. “Azadlıq”a daxil olan xəbərə görə, artıq xeyli vaxtdır ki, bu təyyarə “fövqəlnazir”in istismarındadır. Maraqlıdır ki, Kəmaləddin Heydərov təyyarəsini Bakıda deyil, Almaniyada saxlayır. “Qulfstream” markalı təyyarələr ən sürətli aeroplan hesab edilir. Bu təyyarələrin qiyməti 50 milyon dollardan başlanır. Ötən il dövlət başçısı Ilham Əliyev də “Qulfstream” almışdı.
İnformasiya şöbəsi