Mario Rosas müqavilə imzaladı
Fanat: «Xəzər Lənkəran» daha bir futbolçu transfer edib. Fanat.az xəbər verir ki, Lənkəran klubu «Barselona»nın yetirməsi Mario Rosasla müqavilə imzalayıb.
İspan futbolçu ilə aparılan danışıqlar bu gün yekunlaşıb və rəsmi müqaviləyə imza atılıb. Müqavilənin müddəti açıqlanmır. «Xəzər Lənkəran» hələ ki, bu transfer, həmçinin dünən müqavilə imzalanan Antonio Semedo ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, tam adı Mario Alberto Rosas Montero olan futbolçu 22 may 1980-ci ildə dünyaya gəlib. Yarımmüdafiəçi 1994-1997-ci illərdə «Barselona»nın aşağı yaş qrupları üzrə komandalarında oynayıb. 1997-2000-ci illərdə Kataloniya klubunun B komandasında 103 oyun keçirib və 31 qola imza atıb. 1998-ci ildə «Barselona»nın əsas komandasında bir oyuna çıxıb. Sonrakı illərdə o, İspaniyanın «Alaves», «Numansia», «Kadiz», «Girona» və «Kastellon» komandalarının şərəfini qoruyub. Monteronun son klubu «Salmanka» olub. O, bu komandada son mövsümdə 19 oyun keçirib.
Montero İspaniyanın U-16, U-17 və U-18 yığmalarında 29 oyun keçirib və 6 qola imza atıb.