Bu gün Azərbaycan milli komandası ilə yanaşı, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərimiz də meydana çıxıb. Apasport.az saytının xəbərinə görə, onlar da FİFA-nın yoldaşlıq görüşləri üçün nəzərdə tutulan tarixindən istifadə ediblər. Elə günün ən maraqlı görüşü də qrupumuzun favoriti Almaniya ilə ən titullu yığma Braziliya arasında olacaq. Bundestim 9 il öncə finalda uduzduğu beşqat dünya çempionunu evdə yenə bilib. Türkiyə də evdə Estoniyaya 3 qol vursa da, almanlardan fərqli öz qapısından top buraxmayıb. Qardaş ölkənin təmsilçisi ilk hissədə vurduğu qollarla böyük hesablı qələbəni əldə edib.
2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərimizdən ikisi bir-biri ilə görüşüb. Portuqaliyanın Lüksemburq ilə ev oyunu gözlənilən darmadağını ilə nəticələnib. Rusiya öz meydanınmda Serbiyaya çətinliklə də olsa qalib gəlib. İsrail Fil dişi sahili ilə səfər oyununda minimal fərlqə uduzub ki, meydan sahiblərinə qələbəni məşhur hücumçu Didye Droqba gətirib. Şimali İrlandiya isə Farer adaları ilə AÇ-2012-nin rəsmi matçında böyük hesablı qələbə qazanıb.
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimiz
Qazaxıstan – Suriya – 1:1Katriev, 70 – Nadim Sabagh, 64
Avstriya – Slovakiya – 1:2Hoffer, 62 – Yuray Kutska, 21; Ej, 30
Türkiyə – Estoniya – 3:0Əmrə Bələzoğlu, 6 (p); Kazım Kazım, 25; 34
Sloveniya – Belçika – 0:0
Almaniya – Braziliya – 3:2Bastian Şvaynştayger, 61 (p); Mario Götze, 67; Andre Şörrle, 80 – Robinyo, 71 (p); Neymar, 90
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz
Rusiya – Serbiya – 1:0Poqrebnyak, 53
Fil dişi sahili – İsrail – 4:3Yaya Ture, 45, Konan Ya, 45, Kone, 68, Droqba, 83 – Şester, 76, Melikson, 80, 88
Şimali İrlandiya – Farer adaları – 4:0 (AÇ-2012-nin seçmə mərhələ oyunu)Maykl Hyuz, 5; Deyvis, 66; Makkort, 71; 88
Portuqaliya – Lüksemburq – 5:0Poştiqa, 23, Ronaldo, 43, Koentrao, 47, Almeyda, 58, 73