Avqustun 10-da Bakıda Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Makedoniya yığması bu gün Bakıya gəlib.
Bu haqda Qol.Az-a AFFA-dan məlumat verilib. Qonaqlar hava limanından qalacaqları otelə yollanıblar. Makedoniya millisinin oyunadək 2 məşqi nəzərdə tutulub.
Onlar “Bakı” klubunun təlim-məşq bazasında, sabah isə axşam saatlarına oyunun keçiriləcəyi Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da məşqə çıxacaqlar.