«Xan»ın Almaniyanın avtomobil şirkətlərindən birində payçı olması ailədə aranı qatıb
Vasif Talıbov Almaniyanın avtomobil şirkətlərindən birinin səhmlərinin müəyyəni faizini alıb. Bu barədə qəzetimizə daxil olan məlumatlarda deyilir ki, bu sövdələşmə bir müddət əvvəl baş tutub.
Indi Vasif Talıbov həmin şirkətin sahiblərindən biridir. Məlumatlarda o da qeyd olunur ki, “xan”ın şirkətə sahib olması onun övladları arasında narazılığa səbəb olub. Vasif Talıbovun oğlanları atalarının payını bölə bilməyiblər. Mübahisə şiddətlənərək qarşıdurma səviyyəsinə keçib. Vasif Talıbovun müdaxiləsindən sonra məsələ yoluna qoyulub. Lakin bəlli deyil ki, “xan” payını hansı oğluna verib.
Informasiya şöbəsi