Rusiyanın internet saytlarının birində mövsümün ən gözəl qolu ilə bağlı sorğu keçirilib. Apasport.az-ın məlumatına görə, sorğunun nəticələrinə diqqət yetirdiyimiz zaman maraqlı məqamla rastlaşdıq.
Əvvəla, 1-ci seçilən – Anatoli Davıdovun Moskva MOİK-inə vurduğu qol təşkilatçıların ürəyincə olmadığından, onlar öz reytinqlərini tərtib ediblər. Bu zaman Türkiyə yığmasının hücumçusu Həmit Altıntopun Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığmasına vurduğu qolun liderlik etdiyi göstərilib. O, Ueyn Runi, Samir Nasri, Qaret Beyl, Covanni dos Santosun vurduğu qollardan öndə olub.
Ruslar burada bir sıra yanlışlıqlara yol veriblər. Əvvəla, Həmit hücumçu yox, yarımmüdafiəçisidir. Ən əsası, nəinki Antıntop, ümumiyyətlə, Türkiyə yığması cari seçmə mərhələdə bizə qol vurmayıb. Milli komandamızın Qus Hiddinkin çalışdırdığı yığmanı cari seçmə mərhələdə evdə 1:0 hesabı ilə qalib gəlməsi hamıya məlumdur və elə ruslar da bundan çox yazıblar.
Həmit cari seçmə mərhələdə həmin gözəl qolu isə Qazaxıstan yığması ilə səfər oyununda vurub. O, Astanada 3:0 hesabı ilə qalib gəldikləri görüşdə künc zərbəsindən ötürülən topu saxlamadan birbaşa “doqquzluğ”a göndərməklə, çox baxımlı qola imza atıb.