Bu gecə final mərhələsi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atıldı. Apasport.az saytının məlumatına görə, Braziliyada təşkil olunacaq mundialın püşkatması Rio-de-Janeyro şəhərində keçirildi. Tədbir “Marina-da-Qloriya” Yaxt-klubunun mənzərəli buxtasında gerçəkləşib.
200-dən çox, o cümlədən ölkəmizdə izlənə bilən Türkiyənin TRT3 kanalı ilə yayımlanan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. “Yekədiş” ləqəbli braziliyalı Ronaldo və “Flamenqo”nun 16 yaşlı yarımmüdafiəçisi Adrianın çıxardığı Avropa zonasının püşkatması zamanı 9 seçmə qrupun tərkibi bəlli olub.
AVROPA ZONASI
A qrupu: Xorvatiya, Serbiya, Belçika, Şotlandiya, Makedoniya, Uels
B qrupu: İtaliya, Danimarka, Çexiya, Bolqarıstan, Ermənistan, Malta,
C qrupu: Almaniya, İsveç, İrlandiya, Avstriya, Farer adları, Qazaxıstan
D qrupu: Hollandiya, Türkiyə, Macarıstan, Rumıniya, Estoniya, Andorra
E qrupu: Norveç, Sloveniya, İsveçrə, Albaniya, Kipr, İslandiya
F qrupu: Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, AZƏRBAYCAN, Lüksemburq
G qrupu: Yunanıstan, Slovakiya, Bosniya və herseqovina, Litva, latviya, Lixtenşteyn
H qrupu: İngiltərə, Çernoqoriya, Ukrayna, Polşa, Moldova, San Marinoİ qrupu: İspaniya, Fransa, Belarus, Gürcüstan. Finlandiya
Qeyd edək ki, püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandamızın baş məşqçisi Berti Foqts təmsil etdi.
AFRİKA ZONASI
I MƏRHƏLƏ
1 Seyşel adaları – Keniya
2Qvineya – Toqo
3 Cibuti – Namibiya
4 Mavritaniya – Liberiya
5 Komoro – Mozambik
6 Ekvaorial Qvineya – Madaqaskar
7 Somali adalar – Efiopiya
8 Lesoto – Burundi
9 Eriteria – Ruanda
10 Svazilend – Konqo DR
11 Santome – Konqo
12 Çad – Tanzaniya
II mərhələ
А qrupu : CAR, Botsvana, 7-ci cütün qalibi
В qrupu: Tunis, Kabo-Verde, Syerra-Lonne, 6-cı cütün qalibi
C qrupu: Fil Dişi Sahili, Mərakeş, Qambiya, 12-ci cütün qalib
iD qrupu: Qana, Zamibiya, Sudan, 8-ci cütün qalibi
E qrupu: Burkino-Faso, Qabon, Niger, 11-ci cütün qalibi
F qrupu: Nigeriya, Malavi, 1-ci cütün qalibi, 3-cü cütün qalibi
G qrupy: Misir, Qvineya, Zimbabve, 5-ci cütün qalibi
H qrupu: Əlcəzair, mali, Benin, 9-cu cütün qalibi
İ qrupu: Kamerun, Liviya, 2-ci cütün qalibi, 10-cu cütün qalibi
J qrupu: Seneqal, Uqanda, Anqola, 4-cü cütün qalibi
III mərhələ
10 qrupun qalibi final mərhələsinə 5 vəsiqə uğrunda mübarizə aparacaq.
ASİYA ZONASI
A qrupu: Çin, İordaniya, İraq, Sinqapur
B qrupu: Cənubi Koreya, Küveyt, BƏƏ, Livan
C qrupu: Yaponiya, Özbəkistan, Suriya, KXDR
D qrupu: Avstraliya, Səudiyyə ərəbistanı, Oman, Tailand
E qrupu: İran, Qətər, Bəhreyn, İndoneziya
KONKAKAF ZONASI
II mərhələ
A qrupu: Salvador, Surinam, Kaymanovı adaları, Dominikan Respublikası
B qrupu: Trinidad və Tobaqo, Quyana, Barbados, Bermud
C qrupu: Panama, Dimonika, Nikaraqua, Baham adaları
D qrupu: Kanada, Sent-Kitts və Nevis, Puerto-Riko, Sent-Lusia
E qrupu: Qrenada, Qvetamala, Sent-Vinsen və Qrenadinı, Beliz
F qrupu: Haiti, Antiqua və Barbuda, Kurakao, Vircinya
III mərhələ
1 qrup: ABŞ, Yamayka, E qrupunun qalibi, F qrupunun qalibi2 qrup: Meksika, Kosta-Rika, A qrupunun qalibi, B qrupunun qalibi3 qrup: Honduras, Kuba, C qrupunun qalibi, D qrupunun qalibi
IV mərhələ
Qrupların ən yaxşı 3 komandası və qruplarda 2-ci yeri tutan 3 komanda yenidən eyni qrupda mübarizə aparacaq. İlk 3 yeri tutanlar mundiala vəsiqə qazanacaq.
Оkeaniya zonası
II mərhələ
А qrupu: Vanuatu, Yeni Kaledoniya, 1 raundun qalibi, Taiti
B qrupu: Fici, Yeni Zelandiya, Solomon adaları, Papua Yeni Qvineya
Qrupların 2 ən yaxşı komandası dairəvi sistemlə qüvvəsini sınayacaq, qalib isə KONKAKAF zonasının dördüncüsü ilə mundiala vəsiqə uğrunda üz-üzə gələcək.
CƏNUBİ AMERİKA ZONASI
Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay, Venesuela. 9 komanda eyni qrupda II dövrə mübarizə aparacaq. İlk 4 yeri tutanlar DÇ-nin final mərhələsində oynayacaq. Daha bir komanda Asiya zonasının qalibi ilə qarşılaşacaq.