Dünen Avroliqanın III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə yeganə təmsilçimiz olan Ağdamın “Qarabağ” klubu da səfərdə ilk oyununu keçirib.
Son iki mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ” bu ən-ənəsini davam etdirmək niyyətində idi. Lakin rəqibimiz elə də zəif deyildi. Səfərdə Belçikanın “Brügge” klubu ilə qarşılaşan “Qarabağ” Azərbaycan tamaşaçısının yeganə ümidi olaraq qalırdı.
Lakin bu oyun “Qarabağ” üçün uğursuz alınıb. İlk hissədə qapısında bir qol görən “Qarabağ” fasildən sonra daha bir dəfə mərkəzə dəvət olunub. Matçın 62-ci dəqiqəsində Rauf Əliyev hesab arasında fərqi azaltsa da, komandamızın bundan artığına gücü çatmayıb.
Matçın gedişində daha iki dəfə fərqlənən meydan sahibləri ilk oyunda böyük hesablı qələbə qazanıb – 4:1. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.