Şəkidəki intiharla bağlı yeni təfərrüatlar
Şəki sakini, iki övlad atası Akif Salmanovun intiharı ilə bağlı redaksiyamıza bəzi təfərrüatlar bəlli olub. Xatırladaq ki, avqustun 29-da Şəki şəhəri Səməd Vurğun küçəsində yaşayan Akif Salmanovun meyiti həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə tapılıb.
Meyiti mərhumun yaxınları aşkar edib. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, Akif Salmanovun intiharına səbəb sürücülük hüququndan məhrum edilməsi olub. O, şəxsi avtomobmili ilə taksi fəaliyyətilə məşğul olurmuş. Sürücülük hüququndan məhrum edilməsi isə onun yeganə qazanc mənbəyini itirməsi demək olub. Buna dözməyən Akif Salmanov çıxış yolunu intiharda görüb.