Hər kəs qiymətlərin ucuzlaşmasını gözləyir
Sentyabrın 15-dən bəzi dərman vasitələrinin qiymətlərin ucuzlaşacağı barədə verilən qərar apteklərdə satış səviyyəsini aşağı salıb. Bu barədə redaksiyamıza aptek sahibləri məlumat verib. Onların sözlərinə görə, ucuzlaşma qərar veriləndən sonra müştərilər əhəmiyyətli dərəcədə azalıb:
“Sanki əhali aptekləri boykot edib. Hər kəs sentyarın 15-ni gözləyir. Təsəvvür edin, elə müştərilər var ki, resepti göstərib soruşur ki, burada yazılan dərmanlar ucuzlaşacaqmı? Müsbət cavab aldıqdan sonra deyir ki, o zaman ucuzlaşandan sonra gəlib alaram”.
Bütün bunlar hakimiyyətin inkişaf nağıllarına baxmayaraq əhalinin çox acınacaqlı vəziyyətdə yaşadığını göstərir.