"Azərbaycan saatı" TV proqramının yaradıcısı, "Azadlıq" qəzetinin baş redaktoru Qənimıt Zahidin qohumlarına qarşı repressiya davam edir. Belə ki, iyulun 24-də baş redaktorun qardaşı və əmisi oğlunun evində axtarış aparılıb, əmisi oğlunun evindən narkotik "tapılıb". Qənimət Zahid isə hakimiyyətin ona qarşı təzyiqlərinə belə reaksiya verib:
"İndi bütün qohum-əqrabanın üstünə düşüblər ki, ərizə yazın ki, Qənimət Zahiddən imtina edirik. Nə gündəsiz?! Azərbaycan sizdən imtina edəndə hansı günə düşəcəyinizi bilirsinizmi? Bütün qohumlara müraciət edirəm: o ərizəni yazın!