Riqa sammitində Şərq Tərəfdaşlığı ölkələrində siyasi məhbuslarla bağlı xüsusi qətnamə qəbul edilib. Qətnamədə deyilir:
“Riqada vətəndaş cəmiyyəti konfransının iştirakçıları Azərbaycanda, Belarusda və Ermənistanda siyasi məhbusları dərhal azad etməyə çağırır. Bu ölkələrin hökumətləri anlamalıdır ki, siyasi səbəblərdən vətəndaşların həbs edilməsi bu ölkələrin Şərq Tərəfdaşlığına üzv olaraq götürdükləri öhdəliklərlə uyğun gəlmir. Siyasi məhbuslar azad edilməlidir, qeyri-hökumət təşkilatlarının təqib edilməsinə son qoyulmalıdır, insan hüquqlarına hörmət edilməlidir”.
azadlıq.info