DSMF keçirdiyi sorğu ilə naziri ifşa etdi
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Işəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı” sualı ilə sorğu keçirib. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 61,9 faizi suala “bəli”, 34,1 faizi isə “xeyr” cavabını veriblər. Sorğuya qatılanların 4 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıblar.
DSMF-in bu sorğusu, əslində, Azərbaycanda işəgötürmə zamanı kütləvi şəkildə qanun pozuntularına yol verildiyini, işəgötürənin vətəndaşların hüquqlarını pozduğunu ortaya qoyur. Bu sorğu həm də Dövlət Əmək Müfəttişliyinin fəaliyyətsizliyindən xəbər verir. Təsəvvür edin, sorğuda iştirak edənlərin 34,1 faizi işəgötürənlə əmək müqaviləsi imzalamadığını deyir. Bu, kifayət qədər böyük rəqəmdir.
Amma hansısa səbəbdənsə Dövlət Əmək Müfəttişliyini bu məsələ maraqlandırmayıb.
DSMF-in sədri Səlim Müslümov isə bu dəhşətli faktı ictimailəşdirməklə əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovu pis vəziyyətdə qoyub.
İnformasiya şöbəsi