13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan siyasi məhbus İlkin Rüstəmzadə ölkə ictimaiyyətinə müraciət edib. “Azadlıq” qəzetinə göndərdiyi müraciətdə o, Qobustan hıəbsxanasına köçürüldüyü haqda bir müddət əvvəl yayılmış məlumata aydınlıq gətirir. Müraciətdə deyilir:
“Əziz və dəyərli dostlar, hörmətli ictimaiyyət nümayəndələri və media əməkdaşları. Bir neçə gün əvvəl barəmdə mediada getmiş bəzi informasiyalara aydınlıq gətirmək istəyirəm. Belə ki, mənim ağır rejımli Qobustan qapalı həbsxanasına köçürülməyimlə bağlı müxtəlif informasiyalar yayılıb. Oxuduqdan və digər mənbələrdən məlumat aldıqdan sonra gördüm ki, bəzi yanlış və həqiqəti əks etdirməyən informasiyalar yayılıb. Hesab edirəm ki, bu informasiyaların yayılmasında mənim məsuliyyət payım böyükdür. Çünki bu informasiyaların yayılmasında mən xammal rolunu oynamışam və bu, nəticədə Penitensiar Xidmət, onun bəzi əməkdaşları barəsində səhv məlumatlar yayılmasına, lazımsız ifadələr işlədilməsinə, Penitensiar Xidmət əleyhinə kampaniya başlamasına səbəb oldu. Düşünürəm ki, istənilən halda, mənim məsuliyyətsiz addımımı belə nəticəyə səbəb olması ədalətsizdir. Bu səbəbdən Penitensiar Xidmətdən, bi informasiyada adı hallanan əməkdaşlardan üzr istəyirəm”.