«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Inadkarlığınız bu gün sizə qarşı işləyir. Məhz buna görə siz uğursuzluğa düçar olursunuz, bəzən isə boş yerə vaxt və qüvvə sərf edirsiniz. Sevgililər üçün asan gün olacaq.
BUĞA
Asan Gün deyil, problemlər çoxdur. Amma onların həllində sizə kömək etmək istəyən azdır. Vəziyyəti yaxşılığa doğru dəyişə bilərsiniz. Günün ikinci yarısında xoş görüş olacağı da istisna deyil.
ƏKIZLƏR
Ətrafdakılar belə hesab edirlər ki, sizə çətindir. Yaxşılığa doğru vəziyyətin dəyişdirilməsi üzrə məsləhətlər verirlər. Amma yaranmış vəziyyət sizi tamamilə qane edir. Böyük alış-veriş üçün əlverişli gündür.
XƏRÇƏNG
Günün çox hissəsini başqa adamlar tərəfindən törədilmiş səhvlərin düzəlişi alacaq. Səyahət üçün yaxşı gündür, o cümlədən hətta planlaşdırılmamış. Yolda siz yorğunluq hiss etməyəcəksiniz.
ŞIR
Problemlər daha çoxdur. Ancaq biznes layihələrinin müzakirəsi üçün çox yaxşı gündür. Ulduzlar bunu qeyri-rəsmi şəraitdə etməyi məsləhət görür. Bu gün informasiya qəbulu zəif olduğundan təhsil üçün münasib gün deyil.
QIZ
Problemlər və çətinliklər qarşıya qoyulan məqsədlərə nail olmağa mane olacaq. Siz fərasətli, orijinal və səmərəli qərarların axtarışına vaxt əsirgəmirsiniz. Kiçik bazarlıq etmək olar.
TƏRƏZI
Mühüm hadisələr baş vermir, əvəzində çox əlverişli emosional mənzərə olacaq. Yaxınlar ilə ünsiyyət sizi sevindirir, hətta son vaxtlar savaşdığınız adamlarla da dil tapacaqsınız.
ƏQRƏB
Çox qeyri-adi gündür. Məsələn, ümumi qaydaları və ənənələri pozursunuz, heyrət doğuran hərəkətlər edirsiniz, cəsarətlə eksperiment aparırsınız. Şəxsi münasibətlər çərçivəsində vacib qərarlar qəbul etməyə dəyməz.
OXATAN
Sakit gündür. Hansısa səbəblərdən yarımçıq qalan, əvvəllər başlanmış işlərə yenidən qayıtmaq olar. Bu gün siz nəinki özünün, həm də başqalarının səhvlərini görürsünüz. Kiçik fikir ayrılığı hallarında isə yumor hissiniz köməyə gəlir.
OĞLAQ
Günün birinci yarısı çox sakit keçəcək. Bu zaman kəsiyini istirahətə və ya hər hansı cari işlərə həsr etmək olar. Günortadan sonra isə ailə və məişət xarakterli problemlər yarana bilər. Sizdən təcili qərarlar gözləyirlər, ancaq tələsmək olmaz. Borc vermək arzuolunmazdır. Gəzinti və əyləncə baha başa gələ bilər.
DOLÇA
Günün əvvəli uğursuz olacaq. Problem və anlaşılmazlıq üzündən də kədərlənməyə dəyməz. Qohumlar ilə yola getmək asan olmayacaq. Yeni işlərə başlamaq olar. Müəyyən miqdarda pul xərcləyəəcəksiniz, ancaq bunun büdcənizə bir zərəri dəyməyəcək.
BALIQLAR
Günün birinci yarısında nə qədər çox iş görməyə macal tapsanız yaxşıdır. Başladığınızişlərə tədricən marağınızı itirirsiniz. Məhz buna görə də bir çox məsələlər həll edilməmiş qalır. Romantik görüş üçün münasib gündür.