İdmançımız 1-ci yeri tutdu, Ermənistan himni səsləndirildi
Sambo komandamızın baş məşqçisi Serbiyadakı insidentdən danışdı
Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə Avropa Çempionatında baş vermuş insidentə sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Yaqub Abdullayev münasibət bildirib.
Qeyd edək ki, dünən Avropa Çempionatında 62 kiloqram çəki dərəcsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.
Hazırda Serbiyada olan baş məşqçi Yaqub Abdullayev Modern.az saytına ekslüziv açıqlamasında bildirib ki, Azərbaycan idmançısının şərəfinə Ermənistan himninin səsləndirilməsinə görə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev və serbiyalı təkşilatçıların şəxsən ondan üzr istəyiblər.
“İzah etdilər ki, bu, kompüterin səhvidir, yəni Azərbaycanın himni əvəzinə Ermənistan himninin səsləndirilməsi texniki xəta olub. Buna görə Avropa Sambo Federasioyasının prezidenti Sergey Yeliseyev və serbiyalı təşkilatçılar bizə yaxınlaşaraq, şəxsən üzr istədilər”.
Yaqub Abdullayev hadisənin Azərbaycan milli komandasına qarşı təxribat olduğnu düşünmür.
“Xeyr, bu təxribat deyildi. Sadəcə kompüter səhvi oldu. Nümayəndə heyətimiz Ermənistanın himni səsləndirləndə etirazını bildirdi. Təşkilatçılar bizə gözləməyi məsləhət görüb, səhv aradan qaldırdılar və Azərbaycan himni səsləndirildi”.
Xatırladaq ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub edərək qızıl medala layiq görülüb. Mükafatlandırma mərasimində əvvəlcə Ermənistanın himni çalınsa da, sonradan təşkilatçılar səhvlərini düzəldərək, Azərbaycanın himnini səsləndiriblər.
***
Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur.
Azərbaycan Sambo Federasiyasından Modern.az saytına verilən məlumata görə, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.
Modern.az saytına məlum olub ki, dünən Avropa Çempionatında xoşagəlməz insident yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.
Azərbycan himninin əvəzinə Ermənistanın himinin səsləndirildiyini görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub.
Sonradan himnin səhv səsləndirildiyini anlayan təşkilartçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, yanlışlığı düzəldərək Azərbaycanın himnini səsləndiriblər.
Bu "yanlşlığın" Azərbaycana qarşı növbəti təxribat ola biləcəyi istisna deyil.