Zamanında düzgün siyasət seçilməməsi manata ağır zərbə vurdu
Fevralın 21-də devalvasiyaya gedən Mərkəzi Bank bu addımı onunla əsaslandırmağa çalışırdı ki, manatın məzənnəsini bundan sonra əvvəlki səviyyədə saxlamaq çətinləşmişdi. Dövlət başçısı Ilham Əliyev isə bildiirmişdi ki, manatın devalvasiyasına gedilməsəydi Mərkəzi Bankın rezervləri tükənə bilərdi. Amma hazırda reallıq ondan ibarətdir ki, MB-nin devalvasiyası manata olan dollar təzyiqini aradan qaldırmadı.
Əksinə manata olan inam ciddi şəkildə sarsıldı. Hazırda əhali ikinci devalvasiyanın gözləntisindədir. Ticarətçilər qısa müddətə olsa belə əllərində manat saxlamırlar. Yüksək məvacib alanlar əllərindəki pulun böyük hissəsini dollarda saxlamağa üstünlük verirlər. E.Rüstəmovun isə son açıqlamasında etiraf olunur ki, devalvasiyadan sonra martda manatın məzənnə siyasətində daha bir milyard dollar xərclənib. Bu isə onu deməkyə əsas verir ki, MB-nin dövlət vəsaitlərini qorumaq niyyəti baş tutmadı. Əksinə manat və dövlətin valyuta ehtiyatları ciddi zərbə aldı.
Ekspertlər hesab edir ki, MB-nin son zamanlarda atdığı addımlar onun real missiyasından kənardır. Belə ki, MB-nin əsas missiyası qiymətləri sabit səviyyəsini qoruyub saxlamaq və bununla da ÜDM-in artımına nail olmaqdır. MB əgər zamanında valyuta ehtiyatları toplayıbsa, bunu ölkə iqtisadiyyatının həmin dövrdə aşırı dollarlaşmasının qarşısını almaq məqsədilə edib. Bu günləri qiymətlərin səviyyəsini qoruyub saxlamaq mümkün deyilsə və ehtiyatda olan xarici valyuta ilə qarşıya qoyulan məqsədə çatmaq mümkündürsə, mərkəzi Bank bunu etməlidir. Sual edərlər ki, Mərkəzi Bank bu valyuta ehtiyatlarını niyə yığmışdı? Valyuta ehtiyatları ona görə toplanır ki, çətin zamanlarda istifadə olunsun. Əgər fevralın 21-nə qədər toplanan valyuta ehtiyatları düzgün istifadə olunsaydı, bəlkə də ölkədəki qiymətlər bu dərəcədə yüksəlməzdi. Eyni zamanda tikinti sektorunda bu qədər geriləmələr baş verməzdi. Bütün bunlar lazım olan zaman gərəkən addımların atılmamasıyla bağlıdır.
Hikmət