7 mərtəbəli yeni ticarət mərkəzində dünyanın ən bahalı malları satılacaq
Böyük Britanianın “Guardian” qəzeti çox bahalı mallar satmaqla məşhurlaşmış Harvey Nikolsun Bakıda 7 mərtəbəli Ticarət Mərkəzinin fəaliyyətə başladığını yazır. 12 min kv.metr sahəsi olan ticarət mərkəzi Qlobus Plazada yerləşir. Ticarət mərkəzində dünyada tanınmış 500 brendin satılması planlaşdırılır. “Guardian”ın fikrincə, burdakı mallar Londonun anoloji obyektlərində olduğundan daha baha qiymətə satılacaq.
Qəzet yazır ki, Azərbaycana böyük neft pulları gələndən sonra dünyada tanınmış şirkətlər Bakıda iş qurmağa başlayıblar. Bu il isə Azərbaycanda Avropa Oyunları keçiriləcək. 6 min idmançı 20 idman növü üzrə mübarizə aparacaq. “Ölkəyə rəhbərlik edən İlham Əliyev bu yarışın keçirilməsi üçün 6 milyard yarım funt sterlinq xərcləyəcək. Beynəlxalq hüquq müdafiə təşkilatları bu yarışların keçirilməsini repressiv rejimin özünü təmizə çıxarması kimi qiymətləndirir. Ölkədə yüzə qədər siyasi məhbusun olduğu, siyasi fəalların və müstəqil qeyri-hükumət təşkilatlarının nümayəndələrinin hər cür təzyiqə məruz qaldığı şəraitdə bu tipli yarışların keçirilməsi ciddi beynəlxalq narahatlığa səbəb olub”, – deyə “Guardian” yazır.
azadliq.info