Britaniyanın tanınmış qəzetlərindən olan «The Guardian»a ilk dəfə qadın baş redaktor rəhbərlik edəсək. 194 illik fəaliyyəti dövründə nəşrin baş redaktorları anсaq kişilərdən ibarət olub. Yeni «şef» Ketrin Vayner bir neçə ildir «The Guardian»da baş redaktorun müavini vəzifəsini daşıyır. Yaxın aylarda isə o, artıq 20 ildir bu «postu» tutan Alan Rasbridjeri əvəzləməyə başlayacaq.
Okford Universitetinin məzunu olan Vayner «The Guardian»a qədər «Cosmopolitan» jurnalında, «The Sunday Times» qəzetində çalışıb. «The Guardian»a gələndən sonra o, nəşrin Avstraliya bürosunu yaradıb, həmçinin ABŞ versiyasının baş redaktoru olub. Gündəlik qəzet olan «The Guardian»ın əsası 1821-ci ildə Mançesterdə qoyulub. 1964-cü ildən qəzet redaksiyası Londona köçüb. Ötən il Guardian keçmiş casus Edvard Snoudenin ABŞ və Britaniya xüsusi-xidmət orqanlarının izləmə proqramlarını ifşa edən materiallarını dərc etdiyi üçün beynəlxalq mükafata layiq görülüb.
Gültəkin