İngiltərə baş nazirinin müavini Nick Clegg yenidən İsrailin baş naziri seçilən Netanyahunun müstəqil Fələstin dövlətinin yaradılmasına qarşı çıxmasından narahat olduqlarını bildirib.
İngiltərənin "LBC" radiosuna müsahibə verən Clegg Netanyahunu indiyə qədər heç bir İsrailli siyasətçinin etmədiyini etməkdə, problemin həlli yollarını mürəkkəbləşdirməkdə ittiham edib. Netanyahunun Fələstin siyasətinə yenidən baxacağına ümid edən Clegg bunun baş verməyəcəyi təqdirdə bütün dünyanın Fələstini müstəqil dövlət kimi taıyacağını bildirib:
"İsrailin baş naziri qeyri-qanuni məskunlaşma siyasətini genişləndirməyə davam edərsə, İngiltərə parlamenti başda olmaqla, bütün dünyanın müstəqil Fələstin dövlətini tanımaqdan başqa yolu qalmayacaq. Bu, qaçınılmazdır".