«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Ünsiyyət üçün əlverişli gündür, uğurlu işgüzar əlaqələr mümkündür. Bu gün ətrafdakılar sona qədər sizin haqlı olduğunuza şübhə etməyəcəklər, sizin mövqeyinizin düzgün olduğunu etiraf edəcəklər. Səyahət, böyük bazarlıq və ya maliyyə məsələlərinin müzakirəsi üçün münasib gündür.
BUĞA
Işdə problem ola bilər. Bir çox “Buğa”lar, hətta sadə məsələlərin həllində səhvlərə yol verəcək. Maliyyə itkisi təhlükəsi var. Bu səbəbdən bahalı əşyalar almaq arzuolunmazdır. Qadınlarla dil tapmaq asan olmayacaq. Gözlənilməz səfərlər, planlaşdırılmamış görüş ehtimalı var.
ƏKIZLƏR
Xoş sürprizlər vəd edən gündür. Işdə xeyli irəliləyişlər gözlənilir, maraqlı işgüzar təkliflər almaq mümkündür. Şəxsi münasibətlər baxımından əlverişli gündür, yeni tanışların rəğbətini asanlıqla qazanacaqsınız. Bazarlıq etmək olar.
XƏRÇƏNG
Yeni ideyalarınızın əksəriyyəti çox yaxşı çıxır. Gün istənilən növ yeni layihələr üzərində işlərə başlamaq üçün münasibdir. Həyat tərzini dəyişmək olar, zərərli vərdişlərdən qurtulmaq üçün münasib gündür. Karyera sferasında pillələrlə yüksəlmək şansınız olacaq.
ŞIR
Sizinlə iş görmək asan olmayacaq. Maliyyə çətinlikləri ola bilər. Bu gün vacib sənədlərin hazırlanması ilə məşğul olmaq, məmurlarla iş görmək, dövlət təşkilatlarını ziyarət etmək arzuolunmazdır.
QIZ
Bu gün pulla ehtiyatlı olun. Planlaşdırılmamış xərcliklərə yol verməyin. Peşəkar məsələlərin həlli daha üzücü olacaq. Həyatınızda rol oynayan insanlarla münasibət isə yaxşı olacaq. Siz var qüvvənizlə çalışırsınız və ciddi nəticələrə nail olursunuz.
TƏRƏZI
Mürəkkəb gündür. Təxribatlara asanlıqla uyursunuz, sadəlövlük göstərirsiniz. Sizi hövsələdən çıxarmaq arzusunda olanlar kifayət qədərdir. Maliyyə itkisi, uğursuz sövdələşmələr mümkündür. Bir çox nümayəndələr alış-verişlə əhvallarını qaldırmağa çalışacaqlar.
ƏQRƏB
Parlaq və yaddaqalan gündür. Bürcün bir çox nümayəndələri karyera inkişafı ilə bağlı mühüm qərarlar qəbul edəcək, yeni tərəfdaşlar və müttəfiqlər qazanacaqlar. Bu gün yorğunluq hiss etməyəcəksiniz. Günün ikinci yarısında planlaşdırılmamış səfər gözlənilir.
OXATAN
Mühüm işgüzar məsələlərin müzakirəsi və həlli üçün əlverişli gündür. Müsahibə, şifahi imtahan vermək üçün məhsuldar gündür. Işgüzar səfərlər gözlənildiyindən çox vaxt ala bilər, amma buna görə hansısa planlaşdırılmış işləri təxirə salmaq lazım gəlməyəcək. Romantik görüş də çox yaxşı keçəcək.
OĞLAQ
Peşə sahəsində yaxşılığa doğru dəyişikliklər ola bilər, mühüm maliyyə və əmlak məsələlərinin həllinin öhdəsindən əla gələcəksiniz. Müstəqil kommersiya fəaliyyəti ilə məşğul olan “Oğlaq”ların gəlirləri artacaq. Yadda saxlayın, kim bu gün sizə paxıllıq edirsə, təhlükəli düşmən ola bilər.
DOLÇA
Istənilən mühiti dəyişmək və ya səfər üçün hazırlıq baxımından əlverişli gündür. Bu gün qadınların məsləhətlərinə qulaq asmaq faydalıdır. Axşama yaxınlarla xoş ünsiyyət, rahat istirahət gözlənilir. Bu gün tədbirlərdən imtina etmək xeyrinizə olar.
BALIQLAR
Peşəkar sferada yeni imkanlar açılacaq. Son zamanlar ailədə problemlər yaşanır. Bu gün ailədaxili problemlərə son qoymaq vaxtıdır. Həyat eşqi yüksəkdir, əhvalınız da yaxşı olacaq.