Niderlandın birinci kanalı Bakıda keçiriləcək Yay Avropa oyunları ilə bağlı veriliş hazırlayıb. 27 dəqiqəlik verilişdə ölkədə insan haqlarının pozulmasından, həbslərdən bəhs edilir. Həmçinin Azərbaycanın bir ailə tərəfindən idarə edilməsindən danışılıb. Verilişdə hazırda həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusdan, jurnalist Xədicə İsmayıldan söhbət açılıb, müxalifətin etiraz aksiyalarının kobudluqla dağıdılmasını nümayiş etdirilib.