Hikmət Hacızadə: “Rəhbərlər reallığı görmək bacarığını itiriblər – gəmi qayalara tərəf gedir”
Müsavat Divanının Qubad İbadoğlunu partiyadan çıxarmaq qərarına bir müddət əvvəl oradan isrefa verən tanınmış politoloq Hikmət Hacızadə də münasibət bildirib. O, facebook səhifəsində bunları yazıb:
“Qubad bəyin partiyada kənərlaşmasını qətiyyətlə pisləyirəm.
Partiyadakı rəqibini məhv etmək – axı bu diktaturaların məlum davranışıdır. Belə davranışı Müsavata gətirənlər heç partiyanın tarixi simasını düşünürmü?
Bir başqa çətin məsələ də var. Nigaranam… Partiyadan gedən, qovulanlar ücün deyil, partiyada qalanlar üçün nigaranam. Məhz onlar təhlükədədir. Hazırda, partiya sükansız bir gəmiyə bənzəyir. Rəhbərlər 20 illik stress nəticəsində reallığı görmək bacarığını itiriblər – gəmi qayalara tərəf gedir. Gəmidə də öz səsi, müstəqil fikri olan bir kəs qalmayıb ki, desin: “Rəis ora sürmə, məhv olacayıq”. Nigaranam… Əsasən də Divanın gənc üzvləri üçün. Oradakı yaşlı nəsil nümayəndələri qayalarda məhv olsalar belə, onsuz da öz şərəflı siyasi həyatlarını tarixə yazıblar. Amma Saxəvət Sultanlı, Alya Yaqubova və s. kimi qənc siyasətçılərin vaxtsız taleyi məni narahat etməyə bilməz”.