«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Şəxsi həyatınızda özünüzü bir çox baxımdan şanslı və xoşbəxt hiss edəcəksiniz. Ancaq ünsiyyətə bağlı işlərinizdə şans sizdən yan ola bilər. Gündəlik işlərə köklənəcəksiniz.
BUĞA
Ulduzlar qazancınızı artıracağınızdan xəbər verir. Bu səbəbdən əhəmiyyətli iş əlaqələri quracaqsınız. Yaradıcılıqla bağlı işlərinizdə güclü təsirlər özünü göstərəcək. Romantik həyatınızda da işlər rəvan gedəcək.
ƏKIZLƏR
Bu gün uşaqlarla yaxşı dil tapacaqsınız və həyata müsbət baxışlarla baxacaqsınız. Yaradıcılığa və ya sənətə bağlı işiniz varsa, bu gündən faydalanmağınız məsləhətdir.
XƏRÇƏNG
Ev və ailə həyatınızda özünüzü xoşbəxt və şanslı hiss edəcəksiniz. Ailəni özünüzə arxa, dayaq bilərək dinclik tapacaqsınız. Dekorasiya ilə bağlı işlərin reallaşdırılması üçün uyğun zamandır.
ŞIR
Bu gün gözəl təkliflərlə qarşılaşa bilərsiniz. Yoldaşlarınız sizə yeni iş qapıları arayacaq. Problemləri özünüzə dərd etməyin. Pis günün ömrü az olur.
QIZ
Pul baxımından şanslısınız olacaqsınız. Əhəmiyyətli bir razılaşmaya imza atacaqsınız. Qazancınızın artacağı bir gün olacaq. Yaxın ətrafınızla birlikdə olacaqsınız.
TƏRƏZI
Cəhdləriniz boşa getməyəcək. Xarici mühitdən sizi bir çox mövzuda dəstəkləyənlər olacaq. Özünüzü şanslı və xoşbəxt hiss edəcəksiniz.
ƏQRƏB
Özünüzü ruhən çox yaxşı hiss edəcəksiniz. Ortaq pul yatırdığınız işdə nailiyyətlər olacaq. Gəlirlərinizi artıracaqsınız.
OXATAN
Yaxşı əlaqələrinizin nəticəsi olacaq. Ortaqlı işlər dövriyyəyə girəcək. Yaxın ətrafınızdan dəstək görəcəksiniz.
OĞLAQ
Iş həyatınızda uğurlar olacaq. Güclü və gözəl əlaqələrinizlə işgüzar əlaqələrinizi gücləndirəcəksiniz. Özünüzü olduqca şanslı və optimist hiss edəcəksiniz.
DOLÇA
Gözəl əlaqələr və enercinizlə özünüzü buludların üstündə hiss edəcəksiniz. Bir səyahətdən fayda görəcəyiniz ehtimal olunur. Yaradıcılıqla bağlı işlərin görülməsi üçün münasib bir gündür.
BALIQLAR
Ailə həyatınızda müsbət dəyişikliklər gözlənilir. Evinizə və sevdiklərinizə qarşı xəsislik etməyəcəksiniz. Artıq xərcliklərə baxmayaraq özünüzü xoşbəxt hiss edəcəksiniz.