Bu gün AXCP sədri Əli Kərimli, sədrin müavini Fuad Qəhrəmanlı və sədrin müşaviri Məmməd İbrahim siyasi məhbus, AXCP Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzeti və "Azərbaycan saatı" TV proqramının əməkdaşı Seymur Həzinin ailəsini ziyarət dib, ailəyə dəstəklərini ifadə ediblər. Əli Kərimli Seymur Həzinin şəri ifşa etdiyinə, azadlıq və demokratiya uğrunda mübarizə apardığına görə həbs edildiyini bildirib və belə bir övaldı yetişdirdiklərinə görə valideynlərə təşəkkürünü çatdırıb: "Seymur əqidəsindən dönmədiyiniə, şərə qarşı apardığı prinsipial mübarizəyə görə həbs olunub. Partiyadaşları, dostları, cəmiyyət Seymur bəyin fədakarlığının fərqindədir,onun mübarizəsini yüksək qiymətləndirir. Sizə də valideyn olaraq bu həzzin xoşbəxtliyini yaşamalısınız", deyə Əli Kərimli bildirib. Xatırladaq ki, avqustun 30-da Abşeron Rayon məhkəməsi Seymur Həzi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Hazırda Seymur Həzi Kürdəxanıda yerləşən istintaq təcridxanasında saxlanılır.