«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Günün birinci yarısı sakit keçir, mühüm hadisələr baş vermir. Işgüzarlıq bacarığınız bu gün zəif olduğu üçün diqqəti cari məsələlərin həllinə yönəldin. Axşama doğru pozitiv tendensiyaların təsiri güclənəcək. Gün maraqlı tanışlıq vəd edir.
BUĞA
Günün birinci yarısı ehtiyatlı olmağı tələb edən gərgin vaxtdır. Heç nədən münaqişə yarana bilər. Səhv etmək ehtimalı böyükdür. Böyük alış-veriş və investisiyalar, maliyyə məsələlərinin həlli bu günə arzuolunmazdır. Günün ikinci yarısı sakit keçəcək.
ƏKIZLƏR
Çətinliklər istisna deyil. Sizə maraqlı olan insanların diqqətini asanlıqla cəlb edirsiniz, onların rəğbətini qazanırsınız. Eksperimentlər üçün uğurlu gündür. Romantik görüş üçün də əlverişli gündür. Səhhətimiz də yaxşı olacaq.
XƏRÇƏNG
Çətinliklərin öhdəsindən gəlmək üçün səy göstərməli olacaqsınız. Günün ikinci yarısında xeyli maraqlı imkanlar yaranacaq. Bu imkanlar sayəsində maliyyə işlərinin vəziyyəti xeyli yaxşılaşacaq. Bu zaman iş məsələlərin həllində kömək edə biləcək insanlarla ünsiyyət, tanışlıq, konfrans və seminarlarda iştirak etmk üçün münasib gündür.
ŞIR
Pozitiv tendensiyalar üstünlük təşkil edir, gün çox uğurlu olacaq. Maraqlı işgüzar təkliflər alacağınız ehtimal olunur. Böyük alış-veriş etmək olar. Uzaq səyahətlər, bir sözlə, işgüzar, həm də əyləncə kimi səfərlər üçün əlverişli gündür.
QIZ
Vacib işlərlə günün birinci yarısında məşğul olmaq daha yaxşıdır. Gün yeni tanışlıq üçün münasib zamandır. Qarşınıza məqsəd qoysanız ona tezliklə nail olacaqsınız. Həyat potensialı yüksəkdir, sağlamlığınız sabit olacaq.
TƏRƏZI
Mürəkkəb gündür. Həmkarları ilə aranızda mübahisələr yaşana bilər. Emosiyaların çılğın təsiri altında mühüm işgüzar qərarların qəbul etməyin. Qadınlarla dil tapmaq asan olmayacaq.
ƏQRƏB
Peşəkar məsələlərin həlli gözlənilir. Təzə işə başlamaq, işgüzar münasibətlər baxımından əlverişli gündür. Gözlənilməz gəlir ehtimalı böyükdür. Planlaşdırılmamış səfər də istisna deyil.
OXATAN
Günün birinci yarısı çətinliklər gətirəcək. Xoşagəlməz vəziyyət həm işdə, həm də evdə mümkündür. Lakin neqativ meyillərin təsiri uzun müddət davam etməyəcək və siz tezliklə işlərinizi qaydaya salmağın üsulunu tapacaqsınız. Axşam yüngül nasazlıq ola bilər, lakin istirahət etməklə gücünüzü tez bərpa edəcəksiniz.
OĞLAQ
Şəxsi münasibətlər sahəsində də pozitiv tendensiyaların təsiri üstünlük təşkil edir. Özünə inam güclü olacaq. Xoşagəlməz situasiyalara düşəndə kədərlənməyin, ən yaxşı halda, yalnız bir qədər gözləmək lazım gələcək.
DOLÇA
Gün xoşagəlməz və xırda çətinlik olmadan ötüşmür. Ancaq çətinliklərin öhdəsindən yaxşı gələcəksiniz. Ətrafdakılar sizin qərar və paradoksal nəticələrin orijinallığından təəccüblənəcəklər. Səhhətinizdə narahatlıq ola bilər, xroniki xəstəliklərin kəskinləşməsi təhlükəsi var.
BALIQLAR
Bədxahlar və gizli düşmənlər dəhşət içindədirlər. Çünki bu gün siz çətinlik çəkmədən onlara qalib gələcəksiniz. Gəliriniz ola bilər. Idmanla məşğul olmaq üçün münasib gündür.