Ölkədə fiziki cəhətdən sağlam insanların üzləşdiyi gündəlikəzab-əziyyətin 4-5 qat artığını sağlıq problemi olan,əlil və qoca insanlar yaşayır. Bu mənada, “Azərbaycan öz həssasəhali təbəqəsinə qarşı dünyanınən mərhəmətsiz ölkələrindən biridir” desəm, məni qınamayın. Hamınızın çevrəsində onlarla belə insan var və onların nələr çəkdiklərini yaxşı bilirsiniz. Dünyanın hər yerində bu təbəqənin normal cəmiyyətdən təcrid olunmaması üçün daim xüsusi dövlət proqramları hazırlanır. Elə proqramlar ki, həmin şəxslərə özlərini çevrədəki sağlam insanlarla bərabər statusda hiss etmək üçün böyük imtiyazlar verir. Bizdə də bənzər proqramların olduğunu eşitmişəm, amma ondan normal fayda görənlər varsa, mənə də xəbər etsinlər…
Sosial şəbəkələrdən çoxumuzun yaxşı tanıdığımız gənc fəal Orxan Adıgözəl bu günlər FB səhifəsində belə bir yazı paylaşıb: “Öz ölkəmizdəəlil arabasından istifadə etdiyimiz üçün ictimai nəqliyyatdan istifadə etmək hüququmuz analoqsuzlar tərəfindən məhv edilib. 6 ildir avtobusdan istifadə edə bilmirdim. Keçən ay Kiyevdə, nəhayət, avtobusa mindim. Bilsəniz, necə sevindim. Bəzilərinə bu hiss təbii olaraq çatmaz, bəlkə də. Mənim təbii hüququmu mənə çox görənlər, inşallah, tarixin kölgəsi olacaq!”.
Artıq sözə ehtiyac varmı? Orxan doğru deyir – “bəzilərinə bu hiss təbii olaraq çatmaz”. Bu hissi duymaq və anlamaq üçün insanda mərhəmət və vicdan olmalıdır hər şeydən öncə. Ölkədə belə insafsızca taleyin ümidinə buraxılmış, adi hüquqlardan məhrum edilmiş minlərlə Orxan var. Kimi düşündürür onların hər gün üzləşdiyi problemlər, kimin vicdanını sızladır onların bu problemlər ucbatından yaşadığı sarsıntılar? Axı o dövlət proqramı deyilən şeyin mahiyyəti bu məsələlərin çözüm yollarını tapıb ortaya çıxarmaqdır elə. Yaxın günlərdə birəlil gənc qız, uşaqlıqdan “serebral iflic” xəstəliyindənəziyyət çəkən Sabirə Daşdəmirova qəzetimizə müraciət edib yardım istəmişdi. Hazırda başqasının yardımı ilə yeriyə bilən, amma gününü, demək olar, yataq rejimində keçirən Sabirənin kompleks müalicə nəticəsində qalxıb sərbəst hərəkət etmək şansı var. Lakin kim qazandıracaq ona bu şansı? Dövlət bu insanları ümidsiz və çarəsiz buraxırsa, ayrı-ayrı şəxslərin dəstəyinə nə qədər bel bağlamaq olar?
Iki günəvvəl özüm metroda qarşılaşdığım maraqlı bir hadisəni də paylaşmaq istəyirəm. 28 may stansiyasının tünlüyündə vaqona yaşlı bir kişi mindi. Üz tutduğu sırada oturmuş qadınları görüb, qarşı sırada yer axtardı. O tünlükdə haradan tapacaqdı yeri? Insana qoca demək də olmazdı, amma oturmaq istədiyini anlayıb qalxdım. Nə qədər təkid etdimsə, oturmadı. Adamın alicənablığı öz yerində, lakin gözlənilmədən “ayda-ildə bir dəfə kənddən – Maştağadan şəhərə gəlirəm, onda da siz qadınlarınəlindən metroda oturmağa yer tapılmır” deməsinə çaşıb qaldım. Sırada oturmuş qadınlardan gur bir gülüş qopdu. Kişi də durumu belə görüncə, aralanıb başqa sıraya keçdi və yer tapıb oturdu…
Məsələnin komik tərəfi öz yerində. Amma dərdlərimiz, doğrudan da, ağlamalıdır. Nəqliyyat problemləri xüsusi bir bəladır. Paytaxt sakinləri hər gün yollarda nələr çəkir, bir Allah bilir. Bunun yaşlısı, qocası, körpəsi,əlili neyləsin? Bu şəhərdə hər kəsin şəxsi maşını və ya taksi ilə dolaşmaq imkanı var məgər? Ümumiyyətlə, uzun zamandan bəridir metro və ya avtobusdaəlil insanların yol getdiyini görəniniz olub? Bunun ağılalmaz bir şey olduğu hamımıza bəllidir, şübhəsiz. Bu cansız ölkədə diri qalmaqəslində, möcüzə kimi bir şeydir elə. Görünən odur ki, yuxarılarda taleyin ümidinə buraxılmış, adi hüquqlardan məhrum edilmiş bu insanları həqiqi anlamda düşünən bir kimsə yoxdur. Axı bir də, uman yerdən küsərlər, yuxarılarda özlərindən başqa kimi düşünürlər ki?