Mosulda girov götürülən 49 nəfər 101 gün sonra azad edildi
İyunun 11-dən İŞİD-in girov saxladığı 49 Türkiyə diplomatının azad edilməsi ilə bağlı ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlunun açıqlamaları yayılıb. Türkiyə mediası açıqlamalarda Ərdoğanın “əməliyyat”, Davudoğlunun isə “çalışma” ifadələrindən istifadəsinə fərqləndirici nüans kimi diqqət çəkiblər.
Hər iki açıqlamadan aydın olur ki, türk diplomatların girovluqdan qurtulması 24 saat içində görülmüş tədbirlərin nəticəsidir. Prezident Ərdoğan bunu “əməliyyat”, baş nazir Davudoğlu isə “çalışma” adlandırır.
Beləliklə, ölkə rəhbərlərinin açıqlamaları.
Ərdoğan: “Tam gizli şəkildə…”
“Bir müddətdir İraqda saxlanılan Mosul baş kansulumuz, ailəsi və konsulluqda olan Türkiyə vətəndaşları yapılan başarılı əməliyyatla qurtarılıb. Öncədən planlanmış, bütün detalları hesaba alınmış, tam gizlilik şəraitində bu gün gecə boyu davam edərək, səhərə yaxın başarıyla tamamlanan bu əməliyyata görə hörmətli baş nazirimizə və çalışma arxadaşlarına təşəkkür edirəm.
Milli İstihbarat (Kəşfiyyat – red.) Təşkilatımız hadisənin əvvəlindən bu gün qədər məsələni çox həssas çəkildə, səbrlə, fədəkarlıqla izləyib, nəhayət, uğurlu bir xilas əməliyyatı həyata keçirib.
Rəhbərlikdən ərazidə əməliyyata qatılan görəvlilərə qədər Milli İstihbarat Təşkilatımızın hər bir mənsubuna şəxsim, ölkəm və millətim adından təşəkkür edirəm. Bu böyük uğurlarına görə onları ürəkdən təbrik edirəm.
Əməliyyatın son dərəcə uğurla həyata keçirilməsi, vətəndaşlarımızın Türkiyəyə çatdırılması böyük Türkiyənin çatdığı səviyyənmi göstərmək baxımından da son dərəcə önəmli və dəyərlidir”.
Davudoğlu: “24 saat içində…”
“İlk anından etibarən özləri ilə təması heç kəsməmədik. 24 saat içində olduqları yeri və ətrafdakı şəraiti nəzərə alaraq çalışmalarımızı sürdürdük və nəhayə, xoşbəxt sonluğa çatdıq. Bu çalışmalarda böyük əmək sərf edən Milli İstihbarat Təşkilatı mənsublarımıza təşəkkür etməyi millətimiz adından bir borc bilirəm.
Bu gücə səhərə yaxın ilk təmaslarımız artdı və səhər saat 5-də ölkəmizə gətirildilər. Gəlişmələri gecə boyu yaxından təqib etdik. Bu mutlu olay hamımıza gözəl bir səhər bəxş etdi. Bu çalışmada iştirakı olan hər kəsə təşəkkür edirəm. Məsuliyyətlə davranan media mənsublarına təşəkkür edirəm. Məllət olaraq bundan sonra da çətin sınaqlarla qarşılaşacağımız zaman eyni həmrəyliyi göstərəcəyimizə inanıram”.
***
İŞİD-in girovluğundan qurtulan türk diplomatlar və ailə üzvləri baş nazir Əhməd Davudoğlu ilə birlikdə Şanlıurfadan təyyarə ilə Ankaraya gəliblər. Esenboğa hava limanında diplomatların yaxınları və bu sevinci bölüşmək istəyən yüzlərlə Türkiyəli onları qələbəliklə qarşılayıblar. Davudoğlu onları qarşılamağa gələnlərin önündə çıxış edib. Onun dediklərindən:
"Allaha həmd olsun. Hamınızı şükrlə salamlayıram. Bu gün millətimiz üçün bir bayramdır. 3 aydan çoxdur gecə-gündüz onları düşündük. Yuxularımıza girdilər. Onların fikri ilə yatıb-qalxdıq…
Öztürk qardaşım (Mosulda girov götürülənlərdən Türkiyənin baş konsulu – red.) və heyəti mətanətlə gözlədilər, baş əymədilər, dik durdular. Nəyi təmsil etdiklərinin fərqində olaraq hərəkət etdilər. Hamısının alnından öpürəm.
Bəzilərilə birbaşa özüm əlaqə saxladım, bəzilərili dostlarımız. Söylədiyimiz bu idi ki, səbr edin, təxribata uymayın. Türkiyə dövlətinə güvənin dedik, güvəndilər. Onlar bilirdilər ki, bu dövlətin sahibi əziz millətimiz onları heç vaxt tək buraxmaz…
Deyirdilər ki. bundan seçki vasitəsi olaraq istifadə ediləcək, prezident seçkisi üçün yararlanılacaq. Deyirdilər ki, gizli bir əməkdaşlıq var. Amma sizlərin burada yaratdığı bu gözəl mənzərə dünyaya və bunları deyən təxribatçılara göstərdi ki, bu dövlət öz vətəndaşının bir telini də aləmə dəyişməz. Onların bir telinə belə zərər dəyməsin deyə bütün məqamları tərk edərik, canımızdan belə keçərik. O sözləri deyənlər bu ailələrin acısını paylaşmağa hazır deyildilər. Bu ailələrin acıları üzərində siyasi gedişlər qurmaq istəyirdilər. İndi danışmaq vaxtıdır…".
***
Bu il iyunun 11-də İraqın Mosul şəhərində İŞİD-in girov götürdüyü 49 Türkiyə diplomatı sərbəst buraxılıb. Girovlar yerli vaxtla saat 5:00-də (Bakı vaxtı ilə 7.00) Türkiyə ərazisinə keçirilib. Diplomatlar Şanlıurfaya gətirilib. İctimai quruluş binalarından birində yerləşdirilən diplomatlarla təmasa imkan verilməyib. Ətraf tam nəzarətə alınıb. Diplomatlar daha sonra Şanlıurfa hava limanına aparılıb. Yerli hökumət nümayəndələri diplomatlarla görüşsələr də, hər hansı açıqlama verməyiblər. Bildiriblər ki, lazımi açıqlamanı baş nazir Əhməd Davudoğlu hava limanında verəcək.
Bakıda səfərdə olan Davudoğlu artıq proqramını yarıda kəsərək diplomatlarla görüşmək üçün Şanlıurfaya yollanıb. Davudoğlu bu gün səhər saatlarında türk diplomatların girovluqdan azad edildiyi və buna görə də Bakı səfərini təcili başa vurmalı olduğu haqda açıqlama verib.