Robert Əyyubov bu dəfə Kəmaləddin Heydərovun mühafizəçiləri ilə dalaşıb
Qəzet həmçinin yazıb ki, internetdə Robert Əyyubovun cinayətlərindən bəhs edən səhifə yaradılıb. Səhifədə Robert Əyyubovun şəkili və törətdiyi iddia olunan cinayətlərdən biri haqqında “Qızın zorlanması” sərlövhəsi ilə heyrətamiz bir məlumat yerləşdirilib. Həmin məlumatla tanış olmaq istəyənlər http://roberteyyubov.wordpress.com/2011 /01/01/qizin-zorlanmasi/ ssılkasından yararlana bilərlər.
Bundan əvvəl Robert Əyyubovun adı daxili işlər naziri Ramil Usubovun kürəkəni Kamran Xankişiyevlə insidentdə hallanırdı. Məlumatlarda deyilirdi ki, insident zamanı Robert Əyyubov Kamran Xankişiyevi güllələyib. Hadisə “Opera” adlı kafedə baş verib. Ağır xəsarət alan Kamran Xankişiyev müalicə almaq üçün xarici ölkələrdən birinə aparılıb. Lakin DIN bu məlumatı təkzib edib. Qurumun yaydığı məlumatda iddia olunub ki, Kamran Xankişiyevin xəsarət alması silahdan ehtiyatsız davranması ilə bağlıdır.
Robert Əyyubovun gülləsinə tuş gələnlərdən biri də “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun qardaşı Şəhriyar Qurbanov olub. O, Qubanın polis rəisi olarkən Bakıdakı “Qüllə” restoranında istirahət edərkən Robert Əyyubovla aralarında konflikt yaranıb. Bəylər Əyyubovun qardaşı oğlu dərhal silaha əl atıb. Lakin Şəhriyar Qurbanov canını qurtara bilib.