Sabirabadda polis özbaşınalığı davam etməkdədir. Hakimiyyətin hədəfində yenə AXCP fəallarıdır. Aldığımız son məlumatlara görə, Sabirabad cəbhəçilərinə təzyiq və təhdidlər davam edir. Dünən AXCP Sabirabad şöbəsinin Gənclər Komitəsinin üzvü Miraga Abbasovun Cavad kəndində olan evlərinə polis əməkdaşları gələrək, onu Kür çayının sahilinə aparıblar. Burada onu gözləyən sahə müvəkkili ilə birlikdə polislər ona cəbhəçilikdən imtina etmək və facebook fəaliyyətini dayandırmaq əmri veriblər. Bu göstərişlə razılaşmayacağı təqdirdə onu daha pis aqibətin gözləyəcəyini deyiblər.
İnformasiya Şöbəsi