Bu, hakimiyyətin gənclərə yönəlik siyasətinin yalnız söz olaraq qaldığının göstəricisidir
Son 23 ildə Azərbaycanda rəsmi nikahlar ən çox 2011-ci ildə bağlanıb. Lakin bu müddətdə yaşı 35-dən yuxarı olan kişilər tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici ötən il qeydə alınıb.
“Trend”in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən, 2011-ci ildə ümumi nikahların yalnız 11 808-i yaşı 35 və daha yuxarı olan kişilər bağlayıb. 2012-cı ildə bağlanmış 79 065 nikahın 10 948-i, 2013-cü ildə 86 852 nikahın 12 186-da bəylərin yaşı 35 və daha yuxarı olub. Nikah bağlayan gəlinlər arasında yaşı 35-i ötənlərin sayı çoxalıb.
Son 23 ildə ən çox nikah 2011-ci ildə bağlansa da, yaşı 35-i ötən qadınlarla bağlanan nikahların sayına görə ən yüksək göstərici kişilər arasında olduğu kimi, ötən il qeydə alınıb.
Nikah yaşının artması təsadüfi görünmür. Bu məsələnin də arxasında məhz sosial problemlər dayanır. Dəfələrlə qeyd olunduğu kimi, ailə qurmaq istəyən gənclər əsasən mənzil problemi ilə üzləşir. Ölkədə ipoteka şərtlərinin ağırlığı, mənzillərin və kirayələrin baha olması gəncləri evlənmək niyyətindən vaz keçməyə məcbur edir. Digər bir problem isə işsizlikdir. Rayon yerlərində iş olmadığından gənclər ən yaxşı halda paytaxta üz tutur. Burda isə ilk növbədə kirayə problemi ilə üzləşirlər. Özünü güclə dolandıran gənclərin evlənməyi problemli məsələyə çevrilir. Qeyd edək ki, ölkədə boşanmaların artmasının səbəbi kimi də məhz mənzil və işsizlik problemi göstərilir. Bu da növbəti dəfə hakimiyyətin gənclərə yönəlik siyasətinin yalnız söz olaraq qaldığını deməyə əsas verir.
Fizzə