FİFA 2014-cü il Dünya Çempionatı başa çatdı. Final qarşılaşmasında Argentina və Almaniya yığmaları qarşılaşdı. Bərabər səviyyədə keçən oyunun 90 dəqiqəlik əsas hissəsində hesab açılmadı. 30 dəqiqəlik əlavə vaxtın 23-cü dəqiqəsində Mario Götze argentinalıları məyus və oyuna mərkəzdən başlamağa məcbur etdi.
113 dəqiqə ərzində bir neçə qol vəziyyətini də qaçırmaqla, rəqibinin qapısına yol tapa bilməyən, eyni zamanda güclü Almaniya yığmasının hücumlarını layiqincə dəf edən Argentina millisinin oyunçuları son cəhdlərini də etdilər. Amma hesab dəyişmədi6 1:0. Bu hesabla da Almaniya yığması Dünya Kubokunu qazandı. Bu, almanların 4-cü dünya çempionluğudur.
Xatırladaq ki, bundan 28 il əvvəl də Argentina və Almaniya yığmaları finalda qarşılaşıb. Həmin vaxt Kuboku Argentina qazanıb.