2014 Dünya Çempionatında ilk heç-heçə qeydə alınıb. F qrupunda yarışan Nigeriya və İran qarşılaşmasında hesab açılmayıb.
Beləliklə, komandalar hərəyə 1 xal qazanmaqla qrupda 2-ci və 3-cü yerləri bölüşdürürlər. Qrupun lideri 3 xalla Argentina yığmasıdır. Argentinanın məğlub etdiyi Bosniya və Herseqovina millisi isə 0 xalla qrupun sonuncusudur.