“Bununla yanaşı, bütün baş verən hadisələrə intriqa gətirən Lavrovun səfəridir”
Avropa və Rusiya Azərbaycan uğrunda mübarizəyə başlayıblar. Azərbaycanın təklif edilən ittifaqlardan etirazı barədə İlham Əliyevin bəyanatları Brüssel və Moskvanı qayğılandırıb.
Bu barədə “Nezavisimaya qazeta” yazıb.
Avropa komissiyasının prezidenti Joze Manuel Barrozu 12 iyunda iki günlük səfərlə Bakıya gələcək. Onun ardınca isə Azərbaycan paytaxtına rus desantı gələcək: 17-18 iyunda Azərbaycana Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələcək, sonra isə Rusiya Federasiyası (RF) baş nazirinin müavini Dmitri Roqozin başda olmaqla nümayəndə heyəti gələcək.
Bakıda bu səfərləri müxtəlif cür qiymətləndirirlər. Məşhur jurnalist və hüquq mühafizəçisi Eynulla Fətullayevin sözlərinə görə, bu səfərlər “Azərbaycanın dünyanın müasir xəritəsini dəyişən geosiyasi proseslərin mərkəzində” olmasını bildirir.
Barrozunun Bakı səfəri Avropa İttifaqının uğursuz olan “Şərq əməkdaşlığı” təşəbbüsünü xilas etmək cəhdidir.
“Deyəsən Brüsseldə Azərbaycanı Ukraynada böhrana səbəb olan bu layihədə əməkdaşlığa sövq edə biləcəklərinə dair ümid var”, – Fətullayev hesab edir.
Nəşr yazır ki, amma bu ümidlər çox güman ki, özünü doğrultmayacaq, belə ki, rəsmi Bakı dəfələrlə Avropa İttifaqı ilə bərabər hüququn tərəfdarı olduğunu bəyan edib, bu səbəbdən də Aİ ilə assosiasiya sazişindən imtina edib. Bununla yanaşı, bütün baş verən hadisələrə intriqa gətirən RF xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun səfəridir.
Caspian International Broadcasting Company (CIBC) beynəlxalq teleradioşirkətinin qeyd etdiyi kimi, Lavrovun səfəri, sonra baş nazirin müavini Dmitri Roqozinin Bakıya səfəri Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsi barədə gözlənilən qərardan sonra olacaq.
Azərbaycan rəhbərliyi ilə görüşdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər, eləcə də regionla təhlükəsizlik problemləri, o cümlədən də erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi müzakirə ediləcək. Beləliklə də CIBC iddia edir ki, Ermənistanla müttəfiq münasibətlərinə baxmayaraq, Moskva Azərbaycanla strateji əməkdaşlığın mövcudluğunda maraqlı olduğunu göstərir.
Eyni zamanda yerli politoloqlar əmindirlər ki, Lavrovun Bakıya səfəri Rusiya tərəfindən vacib təkliflərlə, əsasən də Azərbaycanın Avrasiya İttifaqında üzvlük perspektivlərinin nəzərdən keçirilməsi ilə əlaqəlidir. Yeri gəlmişkən bu təklifi bir həftə öncə Bakıda RF İqtisadi inkişaf naziri Aleksey Ulukayev də səsləndirib. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev də ifadə edib. Amma rəsmi Bakı seçdiyi yoldan dönmək fikrində deyil və Aİ və Avrasiya İttifaqı ilə qurduğu ikitərəfli münasibətlərin strateji kursunu rəhbər tutur.
Bu baxımdan Bakı və Moskvanın münasibətlərini uğurlu hesab etmək olar. İki ölkənin rəsmi strukturlarının müəyyən etdikləri strateji əməkdaşlıq mərhələsinə çıxıblar. Ticarət əlaqələri də uğurla inkişaf edir. 2013-cü ildə mal dövriyyəsi 3,5 milyard dollara çataraq, 2012-ci ilin göstəricisindən 4,0% artıq olub. Rusiya eksportu 2,9 milyard, importu isə 0,64 milyard dollardan ibarət olub. Bu nəticələrə nail olmaq üçün Rusiya Federasiyasının 71 subyektinin 500 dən artıq şirkətinin müəssisələri öz əməyini əsirgəməyib.
Bu əlaqələrin perspektivləri 23-24 iyun Qəbələdə keçiriləcək “V Azərbaycan-Rusiya regionlararası forumu”nun əsas mövzularından olacaq.
Beləliklə də bu səfərlərdən sonra Bakının xarici siyasət kursunda dəyişikliklər gözləmək lazım deyil. Azərbaycan Avropa strukturları ilə əməkdaşlıq və yaxın qonşular, ilk növbədə də Rusiya ilə strateji əməkdaşlıq qurmaq yolundan dönməyəcək. (oxu.az)