Tanınmış vəkil Aslan İsmayılov facebook səhifəsində Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədova məxsus avtomobil kolleksiyası haqda yazıb.
Azərbaycan Respublikası Baş Prokuroru hər dəfə çıxışında korrupsiyaya qarşı amansız mübarizə apardığını bəyan edir. Mənim kimi vətəndaşlar üçün çox maraqlıdır ki, sıradan biri olan Rasim Məmmədov dəyəri milyonlarla ölçülən avtomobil kolleksiyasını hansı pullarla alıb? Necə olur ki, AA 784, AZ 784, AH 784, YY 784, PP 784 və digər qoşa nömrələr DİN tərəfindən məhz ona verilir?! Necə olur ki, bütün Azərbaycanın gözü qarşısında avtomatla silahlanmış cinayətkar dəstə tərəfindən Zülfüqarlıların əmlaklarını əllərindən alır, özlərini Vətəndən didərgin salır və heç kim ona “qaşın üstə qara var” demir? Hansı səlahiyyətlərinə görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onun əmrinə “baş üstə” deyir, onun tapşırığına əsasən onlarla digər sahibkarların əmlaklarının əllərindən alınmasında “qoçu” rolunu icra edir, məhz Rasim Məmmədovun göstərişinə əsasən məni, vəkil Aslan İsmayılovu qanunsuz olaraq DİN-in idarəsinə aparıb fiziki, psixi təsirlərə məruz qoyur, ölümlə təhdid edir?
Xarici dövlətlərdə yerləşdirdiyi milyardların ünvanını yəqin ki, havadarları deyər.
Mən isə yuxarıda sadaladığım avtomobil kolleksiyasının bir qisminin şəkllərini paylaşıram ki, bəlkə araşdıran oldu.