ABŞ prezidenti Rusiyanın Cenevrə razılaşmasına əməl etmədiyini deyir
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar paketi artıq hazırdır. Ancaq qeyd edib ki, Vaşinqtona sanksiyaların təsirli olması üçün müttəfiqlərin də dəstəyi lazımdır. O bu dəstəyi almaq üçün çalışdığını da bildirib. Obama Rusiyanın Ukrayna ilə bağlı Cenevrədə əldə edilən razılaşmaya əməl etmədiyini deyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya bu sanksiyalardan siyasətini dəyişməklə qaça bilər.
azadlıq.info