Kəmaləddin Heydərov Dərnəgül bazarının elektrik enerjisini kəsib
Dərnəgüldəki inşaat bazarına elektrik enerjisinin verilməsi dayandırılıb. Artıq 15 gündür ki, bazarda elektrik enerjisi yoxdur. Sahibkarların sözlərinə görə, elektrikin hansısəbəbdən kəsilməsi bəlli deyil: “Burada 1000-dən çox obyekt var. 15 gündür ki, heç bir iş görə bilmirik. Hamımız vaxtında elektrik pulunu ödəyirik. Əhaliyə 6 qəpiyə verilən işıq üçün biz hər KBt-a görə 15 qəpik ödəyirik. Heç buna etiraz da etmirik. Amma işıqların söndürülməsi işimizi tam dayandırıb”.
Sahibkarlar Avropa.info-ya bildiriblər ki, elektrik enerjisi Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında kəsilib: “Bazar rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi rəhbərliyi arasında qarşıdurma yarandığıüçün işıqların kəsildiyini deyirlər”.
“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bazara elektrik enerjisinin verilməsinin dayandırılmasını təsdiqləyib. Lakin o, bildirib ki, bu, bazarda baş vermiş yanğınla əlaqədardır: “Taxta sexində yanğınla əlaqədər olaraq enerji təchizatıdayandırılıb. ”Bakıelektrikşəbəkə”yə Yanğından Mühafizə Idarəsindən rəsmi məktub daxil olan kimi, işıqlar qoşulacaq”.
Dərnəgül bazarı prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Bazar yanmamışdan əvvəl oranın başqa əraziyə köçürələcəyi barədə xəbər yayılmışdı.