«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Gün gözlənilmədən yaxşıxəbərlər gətirəcək. Bütün həyəcan və gərginliyi kənara ataraq, müsbət əhval-ruhiyyəyə köklənəcəksiniz. Çoxdankıyoldaşlarınızla aranızdakıfikir ayrılığısizin xeyrinizə öz həllini tapacaq.
BUĞA
Deyəsən, tələsik getməklə maraqlıməqamlarıqaçıracağınızdan ehtiyatlanırsınız. Ətrafdakılar sizi tələsdirəcəklər, amma bir neçə uğursuz cəhddən sonra sizin işlərinizə müdaxilə etməyəcəklər. Uzun yola çıxmaq da məsləhət deyil.
ƏKIZLƏR
Birdən-birə çətinlikləriniz yaranacaq. Başlıcasıodur ki, günün birinci yarısında təslim olmayın. Bu zaman kəsiyində ən çətin dəqiqələrə dözməklə işinizi yüngülləşdirə bilərsiniz.
XƏRÇƏNG
Çoxsaylıməsləhətlərdənsə hisslərinizi dinləsəniz, vəziyyəti yaxşılığa doğru dəyişə bilərsiniz. Ətrafdakıların sizi düzgün yol seçməməkdə ittiham etmələrinə əhəmiyyət verməyin. Başqalarının eksperimentlərində iştirak etməyin, kimsənin planlarınıza müdaxilə etməsinə icazə verməyin.
ŞIR
Uğurlu gündür. Əlinizə götürdüyünüz istənilən işin öhdəsindən gələcəksiniz, hətta əla nəticələr də qazanacaqsınız. Yaxın keçmişdəki rəqibləriniz elə keçmişdə qalacaqlar. Günün maliyyə mənzərəsi uğurlu olacaq.
QIZ
Asan və şən olacağına ümid etməyin, çünki gün kədərli və çətin olacaq. Bu, həftənin ən uğursuz günüdür. Əgər ehtiyatlıolsanız və riskə getməsəniz, ciddi itki üz verməyəcək. Işgüzar əlaqələriniz daha çox ehtiyatlılıq tələb edəcək.
TƏRƏZI
Gün çox da uğursuz deyil, taledən hədiyyə gözləsəniz, nələrəsə nail ola bilərsiniz. Bir çox bəxti gətirənlər sizdən irəli getsə də, siz onlardan çox da geri qalmayacaqsınız.
ƏQRƏB
Çalışmalıolacaqsınız. Çoxlu sayda həll olunmamış məsələlər sizi gözləyir. Bütün bunlar isə diqqət tələb edir. Ciddi səhvə yol verməyəcəksiniz. Mötəbər şəxslər sizi dəstəkləyəcəklər, amma nəzərdən qaçırmayın ki, bunun müqabilində onlar da nələrsə umacaqlar.
OXATAN
Uğurlu gündür. Gün işgüzar danışıqlar üçün münasib hesab edilir. Lazımi şəxslərdən asanlıqla dəstək alacaqsınız. Şəxsi müstəvidə işləriniz də kifayət qədər yaxşıdır. Gün xoş sürprizlər gətirəcək.
OĞLAQ
Bu gününüzü başqalarının probleminin həllinə həsr edəcəksiniz. Təbii ki, bunların həlli sizdə heç bir maraq oyatmayacaq. Ailədə konflikt yaşanmasının qarşısınıalın. Gün uzaq qohumla görüşmək üçün əlverişlidir. Romantik görüş üçün ən münasib vaxt günortadır.
DOLÇA
Çətinliklər istisna deyil, ancaq yadda saxlayın ki, onlar elə də ciddi xarakter daşımayacaq. Səfərə çıxmaq üçün əla gündür. Romantik görüşünüz də yaxşıkeçəcək. Ekzotik restorana, qeyri-adi kluba gedə bilərsiniz.
BALIQLAR
Bu gündən etibarən ən çətin dövrünüz başlayır. Sınaqlara hazır olun. Işdə ciddi problemləriniz çıxacaq, müdiriyyətin sizin səhvlərinizə kəskin reaksiya verəcəyi ehtimal edilir. Enerji qıtlığından yarımçıq qalmış işlərinizi sabaha saxlamayın. Günün ikinci yarısında səhhətinizdə dəyişiklik ola bilər.