Türkiyədə bələdiyyə seçkisini AKP qazandı. Ərdoğanın partiyası “paralel yapı” kod adını alan Fətullah Gülən camaatı ilə toqquşma şəraitində, “böyük rüşvət əməliyyatı” kimi ağır zərbələrin müqabilində belə, rəqiblərinə böyük səs fərqi ilə qalib gəldi. Bu dəfəki nəticələrlə AKP həm də öz rekordunu yenilədi. 2004-cü ilin bələdiyyə seçkisində 41.6 faiz səs alan partiya 2009-cu ildəki eyni səviyyəli seçkidə 3 faizdən artıq səs itirərək 38.3 faizlə kifayətlənməli olmuşdu. 30 mart seçkisində isə AKP 43 faizdən artıq səs toplayıb (bu dəqiqələrə olan məlumata görə, qutuların 98 faizi açılıb və AKP 43,7 faizlə birincidir).
azadliq.info