Rusiyanın daha 20 məmur-oliqarxına cəza kəsildi
ABŞ Rusiyanın Krımı ilhaq etməsinə görə sanksiya tətbiq etdiyi rus rəsmiləri və iş adamlarının siyahısını genişləndirib. Yeni siyahıda ABŞ-ın viza verməyəcəyi və hesablarını donduracağı 20 şəxsin, o cümlədən Rusiya prezidentinin icra aparatı rəhbərlərinin adı var:
1. Yevgeni Buşmin – Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) sədr müavini
2. Vladimir Djabarov – Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsində sədrin 1-ci müavini
3. Andrey Fursenko – Rusiya prezidentinin köməkçisi
4. Aleksey Qromov – Rusiya prezidentinin icra aparatı rəhbərinin müavini
5. Sergey İvanov – Rusiya prezidentinin icra aparatının rəhbəri
6. Viktor İvanov
7. Vladimir Kojin
8. Yuri Kovalçuk
9. Sergey Mironov – “Ədalətli Rusiya” partiyasının sədri, Rusiya Dumasının üzvü
10. Sergey Narışkin
11. Viktor Ozerov – Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri
12. Oleq Panteleyev – Parlament məsələləri üzrə komitədə sədrin 1-ci müavini
13. Arkadi Rotenberq
14. Boris Rotenberq
15. Nikolay Rıjkov – Rusiya parlamentinin yuxarı palatasının üzvü
16. İqor Serqun – general-leytenant, Baş Kəşfiyyat İdarəsinin (QRU) yüksək səviyyəli rəsmisi
17. Gennadi Timçenko
18. Aleksandr Totoonov – Rusiya Federasiya Şurasında Mədəniyyət, Elm və İnformasiya Komitəsinin üzvü
19. Vladimir Yakunin
20. Sergey Jeleznyak – Rusiya Dumasının vitse-spikeri
Siyahıya Rusiyanın bir bankı da əlavə edilib: “BANK ROSSİYA”.
***
Hələ siyahı açıqlanmamış ABŞ prezidenti Barak Obama Ukrayna ilə Rusiya arasında baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış etmişdi. O, məhz bununla bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ABŞ sanksiyalar tətbiq olunacaq rus vətəndaşlarının siyahısını genişləndirir. Obama artıq bununla bağlı xüsusi sərəncam imzaladığını demişdi. ABŞ prezidentinin sözlərinə görə, sanksiyalar gələcəkdə Rusiyanın daha çox bankına şamil olunacaq və Rusiya iqtisadiyyatının “açar sektorlarını” vuracaq.
***
Rusiya da ABŞ-ın sanksiyalarına viza qadağaları ilə cavab vermək qərarına gəlib. Ölkənin Xarici İşlər Nazirliyi 10 ABŞ rəsmisinə viza qadağası tətbiq etdiklərini açıqlayıb. Bunlar aşağıdakı şəxslərdir:
Robert Menendes – Senator
Meri Landryu – Senator
Con Makkeyn – Senator
Daniel Koys – Senator
Harri Rid – Senator
Con Boyner – Nümayəndələr palatasının sədri
Kerolayn Atkinson – Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini
Daniel Pfayfer – Prezidentin köməkçisi
Benjamin Rods – Prezidentin köməkçisi.
Xəyal