Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də Rusiyaya rəsmi səfər edəcək. Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü də planlaşdırılır.
Görüşdə Suriyadakı vəziyyət, Iranın nüvə proqramı və Misirdəki hadisələr diqqət mərkəzində olacaq. Səfərin gündəliyinə regional və beynəlxalq məsələlərin müzakirəsi daxil edilib. Ərdoğanı xarici işlər naziri Əhməd Davudoğlu, enerci və təbii qaynaqlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan müşayiət edəcəklər(APA).