Rusiya prezidentinin özünün olmadığı hərbi gəmilər Bakıya niyə yan aldı?
Rusiya prezidenti Vladimir Putin Azərbaycana gözlənilən səfəri nəhayət baş tutdu. Dünən Rusiya prezidenti Bakıya gəldi. Putinin səfəri ərəfəsində belə məlumat yayılmışdı ki, o, Bakıya hərbi gəmi ilə gələcək. Lakin bu məlumat təsdiqini tapmadı. Vladimir Putin səfərini təyyarə ilə etdi. Rusiyanın hərbi gəmiləri Bakıya yan alsa da, Rusiya prezidenti orada görünmədi.
Vladimir Putinin təyyarə ilə Bakıya gəldiyi halda hərbi gəmilərin paytaxta yan alması bir sıra suallar yaradıb. Putin həmin gəmilərlə səfər etməyəcəkdiksə, onları Bakı buxtasına qədər daşımağın nə mənası var idi? Putin bununla Xəzərdə güc göstərmək istəyirdimi? Həmin hərbi gəmilərdə Bakıya nə gətirilib? Bu suallar açıq qalır.
Amma bəlli olan odur ki, Xəzər təkcə Xəzəryanı dövlətlər üçün maraq kəsb etmir. Burada digər güclü dövlətlərin də maraqları var. Konkret olaraq ABŞ və Avropa ölkələrinin Xəzərdə enerji layihələri var. BP kimi qüdrətli bir şirkət indiyə qədər Xəzərin işlənməsi işində Rusiyanın daha çox qıcıqlanmasına səbəb olub. Görəsən, Rusiyanın hərbi gəmilərinin Xəzərdə görünməsinin NABUCCO layihəsi taleyi baxımından bir mənası varmı?