Əli Əsədov «Koroğlu» gəmisini iaşə obyektinə çevirəcək
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov dənizdə restoran açmağı planlaşdırır.
Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə, prezident köməkçisinin restoranı gəmidə fəaliyyət göstərəcək. Bunun üçün artıq gəmi alınıb. Həmin gəminin adı da artıq bəllidir: “Koroğlu”.
Məlumatlarda iddia olunur ki, yaxın vaxtlarda “Koroğlu” gəmi-restoranı fəaliyyətə başlayacaq.