LG Electronics şirkəti dünyada ilk oval formalı televizor üçün sifarişlərin qəbuluna artıq başlayıb. OLED-ekranlı 54,6 düyümlü Full HD təsvir ölçüsünə malik televizor üçün sifarişlərin qəbulu Cənubi Koreyanın 1400 ticarət məntəqəsində həyata keçirilir. Bu model digərlərindən təkcə maraqlı görünüşü ilə fərqlənmir. 4,3 millimetr korpus qalınlığı olan televizorun çəkisi yüngül materiallardan istifadə sayəsində cəmi 17 kiloqram təşkil edir. Satışına bu aydan başlanacaq modelin Cənubi Koreyada qiyməti 15 milyon vona, yəni təxminən 13515 dollara bərabərdir. 55 düyümlü düz OLED-ekranlı model isə istehlakçıya 3600 dollar ucuz başa gələcək. LG Home Entertainment Company-nin prezidenti və icraçı direktoru Hevis Kvonun sözlərinə görə, oval ekranlı televizor modelinin buraxılması üçün 5 il elmi-tədqiqat işləri aparılıb. Televizorun Cənubi Koreyadan kənar bazarlara çıxarılması müddəti hələ ki məlum deyil.
Qeyd edək ki, televizorun prototipi ilin əvvəlində beynəlxalq sərgidə nümayiş olunmuşdu.